Holand Premyer Liqada tarixi rekorda imza atdı
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqası klublarında çıxış edən futbolçular arasında yeni rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, norveçli forvard 200 qol töhfəsi həddinə ən az oyunda çatan futbolçu olub. O, qol və məhsuldar ötürmələrinin ümumi sayını 200-ə çatdırmaq üçün cəmi 206 matça ehtiyac duyub.
Holand bu göstəricidə “Liverpul”un hücumçusu Məhəmməd Salahı geridə qoyub. Misirli futbolçu eyni nəticəyə 225, “Arsenal”ın sabiq hücumçusu Tyeri Anri isə 233 oyunda nail olub.
200 qol töhfəsinə ən az oyunda çatan futbolçuların siyahısı:
Erlinq Holand (“Mançester Siti”) – 206 oyun
Məhəmməd Salah (“Liverpul”) – 225
Tyeri Anri (“Arsenal”) – 233
Serxio Aquero (“Mançester Siti”) – 241
Harri Keyn (“Tottenhem”) – 262
Didye Droqba (“Çelsi”) – 264
Alan Şirer (“Nyukasl”) – 282
Ueyn Runi (“Mançester Yunayted”) – 285
Maykl Ouen (“Liverpul”) – 287
Robbi Fauler (“Liverpul”) – 290
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Oktyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















