Holann avtobusda xəsarət aldı
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Erlinq Holann arzuolunmaz vəziyyətə düşüb.
"Football-plus.az" xəbər verir ki, norveçli futbolçu xəsarət alıb.
Amma onun yaşıl meydanda zədələndiyini düşünməyin. “Mançester Siti”nin futbolçusu başına nəqliyyat vasitəsində bədbəxt hadisə gəlib.
Goal.com-un məlumatına görə, Norveç millisinin hücumçusu DÇ-2026-nın seçmə mərhələsinin Moldova ilə matçı ərəfəsində Oslodakı bir oteldə komandanın avtobusundan düşərkən xəsarət alıb. Futbolçular avtobusdan çıxıb otelə gedərkən qapı Erlinqin üzünə dəyib. 25 yaşlı futbolçu sosial şəbəkə hesablarında öz fotosunu paylaşıb və üzünə 3 tikiş qoyulduğunu bildirib.
Baxış sayı:103
Bu xəbər 12 Sentyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















