Icma.az
close
up
RU
Hollandiya hökuməti dağılır sağçı lider koalisiyadan çıxıb

Hollandiya hökuməti dağılır sağçı lider koalisiyadan çıxıb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Hollandiyanın sağçı populist lideri Gert Vilders ölkənin dördpartiyalı hakim koalisiyasından çıxaraq immiqrasiya və sığınacaq siyasəti ilə bağlı yaranmış fikir ayrılığı fonunda hökumətin dağılmasına səbəb olub. Bu, Niderlandın cəmi 11 ay mövcud olmuş hökumətinin sonunu ifadə edir.

Bizimyol.info xəbər verir ki, "The Guardian"ın verdiyi məlumata görə, anti-islam yönümlü Azadlıq Partiyasının (PVV) rəhbəri Vilders, 2023-cü ilin sonlarında keçirilmiş parlament seçkilərində birinci yeri tutduqdan sonra qurulan koalisiyadan ayrıldığını çərşənbə axşamı açıqlayıb. O, bu barədə baş nazir Dik Sxoofu məlumatlandırdığını və PVV-yə məxsus bütün nazirlərin hökumətdən ayrılacağını deyib.

Dörd partiyanın liderlərinin qısa görüşündən sonra sosial şəbəkədə paylaşım edən Vilders: “Sığınacaq planlarımıza razılıq verilmədiyi üçün PVV koalisiyadan çıxır”, - deyə bildirib.

Vilders keçən həftə tələb etdiyi 10 maddəlik sərt immiqrasiya planının qəbul edilmədiyini vurğulayıb. Hüquqşünaslar bu təkliflərin bir neçəsinin Avropa İnsan Haqları Konvensiyası və Hollandiya da daxil olmaqla BMT-nin Qaçqınlar üzrə Konvensiyası ilə ziddiyyət təşkil etdiyini deyirlər.

Koalisiya tərəfdaşlarından biri olan liberal-mühafizəkar VVD partiyasının lideri Dilan Yeşilgöz bildirib ki, baş nazir Dik Sxoofo tərəfləri məsuliyyətlə davranmağa çağırıb:

“Baş nazir bu səhər bizə müraciət edərək bildirdi ki, biz böyük beynəlxalq çağırışlarla üz-üzəyik, qitəmizdə müharibə gedir, iqtisadi böhran yaxınlaşa bilər”, - deyib.

Yeşilgöz Vildersin qərarına “şok” olduğunu deyərək onu “tamamilə məsuliyyətsiz” adlandırıb: “Bizim sağçı çoxluğumuz var idi, o isə sadəcə eqosu naminə hər şeyi məhv etdi. Sadəcə nə istəyirsə onu edir”, - deyə bildirib.

Koalisiyanın digər üzvü – populist Fermer-Vətəndaş Hərəkatının (BBB) lideri Karolin van der Plas da Vildersi məsuliyyətsiz adlandıraraq ona qarşı sərt tənqidlər səsləndirib. Yeni Sosial Müqavilə (NSC) partiyasının lideri Nikolien van Vroonhoven isə baş verənləri “anlaşılmaz” adlandırıb.

Vildersin planına sərhədlərin qorunması üçün ordudan istifadə, qaçqın sığınacaqlarının bağlanması, Suriyalıların ölkədən çıxarılması, Aİ-nin sığınacaq kvotalarının dayandırılması və artıq ölkədə olan qaçqınlara ailə birləşməsinə qadağa qoyulması daxildir.

Planların icra olunmamasından narazı qalan Vilders ötən həftə mətbuat konfransında xəbərdarlıq etmişdi ki, əgər onun siyahısındakı maddələr həyata keçirilməzsə, PVV hökumətdən çıxacaq.

Baş nazir Dik Sxoofun bu gün ərzində kral Villem-Aleksandra istefasını təqdim edəcəyi gözlənilir. Bu hadisə, NATO liderlərinin Haaqada keçiriləcək sammitinə bir aydan az vaxt qalmış baş verir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri