Icma.az
close
up
RU
Hollivud ulduzu dünyasını dəyişib

Hollivud ulduzu dünyasını dəyişib

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ-nın görkəmli aktyoru, Hollivud ulduzu, "Oskar" mükafatlı kinorejissor, prodüser Robert Redford 89 yaşında vəfat edib.
Reyting.az
"The New York Times" nəşrinə istinadla xəbər verir ki, sənətçi Yutadakı şəxsi evində, yuxuda olanda dünyasını dəyişib. Qocaman kino ulduzunun ölüm səbəbi ilə bağlı hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Robert Redfordun kino debütü 1962-ci ildə çəkilmiş "Müharibə ovu" filmi ilə gerçəkləşib. Ona ilk uğuru isə Artur Pennin "Təqib" adlanan ekran əsəri gətirib. Redford 1969-cu ildə Corc Roy Hillin "Butç Kessidi və Sandens Kid" adlı vesternində yaratdığı rolu ilə böyük şöhrət qazanıb.
Onilliklər ərzində o, Sidney Lümetin "Buz satıcısı", Cin Saksın "Parkda ayaqyalın", Sidney Pollakın "Ceremi Conson", Piter Yeytsin "Oğurlanmış daş", Corc Roy Hillin "Fırıldaq", eyni zamanda, Cek Kleytunun “Böyük Qetsbi", həmçinin Alan Pakulanın "Prezidentin bütün adamları" və Riçard Attenboronun "Çox uzaqda körpü", həm də ona daha bir şöhrət qazandıran Ayven Raytmanın "Hüquq qartalları", həmçinin Edrian Laynin "Əxlaqsız təklif", eləcə də Yon Avnetin "Ürəyə yaxın", Toni Skottun "Casus oyunları", ABŞ-Britaniya rejissoru Robert Oltmanın "Tanner Tannere qarşı" və digər filmlərdə yaddaqalan rollar ifa edib. 89 yaşlı Redfordun sonuncu aktyor işi "Qisasçılar: Son oyun" filmindəki rolu olub.
Rejissor kimi Redford 1980-ci ildə debüt edib və ailə-psixoloji dram janrında "Adi insanlar" adlı ekran əsərini lentə alıb. O, daha sonra "Milaqro paxla müharibəsi", "Çay axanda", "Televiktorina" və başqa ekran işlərinə imza atıb. Robert Redford həmçinin kinoprodüser kimi 40-dan artıq layihədə çalışıb.
Məşhur aktyor "Oskar" mükafatı alıb- "Adi insanlar" filminin rejissoru kimi və kinoda xidmətlərinə görə. O, həmçinin "Butç Kessidi və Sandens Kid", "Sürətli eniş" və "Onlara de, Villi Boy buradadır!" filmlərindəki rollarına görə, "BAFTA" kino mükafatını qazanıb.
Hollivudun yaşlı ulduzu Robert Redford, eyni zamanda, "Sundance" İnstitutunun və müstəqil kinematoqrafiyanın nüfuzlu "Sundance" festivalının yaradıcısı olub ki, məhz burada Hollivud ulduzları Bred Pitt və Skarlett Yohansson karyerasına yol açıb.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Sentyabr 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri