Icma.az
close
up
RU
Hollivud ulduzu həyatına son qoydu FOTOLAR

Hollivud ulduzu həyatına son qoydu FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Amerikalı aktyor Ceyms Renson vəfat edib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertizasının məlumatına görə, serial və filmlərdə yaratdığı xarakterik rollarla milyonlarla tamaşaçının qəlbini qazanan Hollivud aktyoru dekabrın 19-da intihar edib. Ölüm səbəbi kimi onun Los-Ancelesdəki evində özünü asması göstərilib.

Hazırda ailənin rəsmi nümayəndələri və polis bütün detalları açıqlamır. Lakin aktyorun yaxın ətrafı onun uzun müddət depressiya ilə mübarizə apardığını bildirir.

Qeyd edək ki, Ceyms Renson 1979-cu il iyunun 2-də Merilend ştatının Baltimor şəhərində anadan olub. Karyerasına 2000-ci illərin əvvəllərində başlasa da, əsl uğuru “Dinləmə” serialındakı Ziqqi Sobotka rolu ilə qazanıb. Onun impulsiv və faciəvi obrazı serialın ikinci mövsümünün ən yaddaqalan personajlarından biri hesab olunur.

Daha sonra Renson İraq müharibəsinə həsr olunmuş “Qatil nəsil” (Generation Kill) mini-serialında Coş Rey Person rolunu canlandıraraq dramatik aktyor istedadını bir daha nümayiş etdirib.

Aktyor həmçinin “Sinister” və “Sinister 2” qorxu filmlərində şerif köməkçisi rolunda, eləcə də “O, 2-ci fəsil” filmində böyümüş Eddi Kaspbrak obrazı ilə milyonlarla tamaşaçı tərəfindən tanınıb. Birinci filmdəki uşaq aktyora olan zahiri oxşarlığı və emosional oyunu tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə Ceyms Renson fəaliyyətini davam etdirərək “Qara telefon” (The Black Phone), “Yer uğrunda mübarizə” (Captive State) kimi layihələrdə yer alıb. Onun son işləri arasında “Qara telefon 2” filmi və “Pokerface” dramatik-komedik serialının ikinci mövsümü var.

Həmkarları sosial şəbəkələrdə başsağlığı paylaşaraq Ceyms Rensonu “son dərəcə həssas və dərin insan” kimi xatırlayırlar. Onların sözlərinə görə, o, çəkiliş meydançasında hər zaman xüsusi bir enerji ilə seçilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri