Hollivud ulduzu: Ümid edirəm ki, filmin adı məzar daşıma həkk olunar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yaramaz qızlar"(Mean Girls) filminin ulduzu Amanda Seyfrid ümid edir ki, fanatlar onun ölümündən sonra belə bu məşhur komediyanı xatırlayacaqlar.
Oxu.Az xəbər verir ki, bunu aktrisa "Happy Sad Confused" podkastının yeni buraxılışında deyib.
"Ümid edirəm ki, bu filmin adı məzar daşıma həkk olunacaq. İnsanlar hələ də bu filmdə özlərini görürlər. O, bizi bir vaxtlar birləşdirdi və bu gün də birləşdirir. Mən həmişə bu filmi xatırlamaqdan şad oluram", - Hollivud ulduzu bildirib.
Qeyd edək ki, Seyfrid kinoda debütünü məhz 2004-cü ildə "Yaramaz qızlar" filmində edib. Film dərhal yeniyetmə kinosunun klassikasına çevrilib və sitatları aforizmlər kimi yayılıb.
Baxış sayı:96
Bu xəbər 23 Mart 2025 07:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















