Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hollivud ulduzu, kinoaktyor Leonardo Di Kaprioya məxsus "Appian Way" studiyası Amerikaya köçəndən sonra məşhurlaşan, ötən əsrin 20-30-cu illərindən Hollivud ulduzuna çevrilən aktyor Bela Luqoşinin həyatından bəhs edən bioqrafik film istehsal edəcək.
Reyting.az xəbər verir ki, Hollivudun "Qızıl dövrü"nün qəhrəmanı sayılan Bela Luqoşinin həyatından bəhs edən ekran əsərinin ssenarisini Larri Karaşevski və Skott Aleksander yazıblar.
Müqaviləyə əsasən, bu filmin yayımını "Universal" kino şirkəti həyata keçirəcək.
Lentə alınacaq filmdə macar əsilli aktyorun gənclik illəri, ABŞ-a miqrasiyası və 1920-ci illərdə baş rolda oynadığı "Drakula" adlı ekran əsəri ilə qazandığı şöhrətdən bəhs olunur.
Yeni filmdə ulduz aktyorun kinoda uğursuzluğa düçar olmasından və dəvət aldığı "Frankenşteynin canavarı" adlı filmdə onun üçün nəzərdə tutulmuş baş roldan imtina etdikdən sonra sürətlə karyerasının enişi, həmçinin Hollivudun kino ulduzunun keçirdiyi sarsıntılar da təsvir olunacaq.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Unudulmaz müğənninin həyatından bəhs edən film çəkiləcək
03 Dekabr 2024 14:38
Hökumə Əliyevanın həyatından bəhs edən film çəkiləcək
14 Yanvar 2025 13:02
Hollivudun məşhur aktyoru öldü
30 Mart 2025 08:00
Məşhur roman əsasında film çəkiləcək
17 İyul 2025 11:02
Məşhur aktyor haqqında film çəkiləcək
10 Dekabr 2024 10:44
Baxış sayı:74
Bu xəbər 20 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















