Hollivudun sevilən ulduzu Denzel Vaşinqton rəsmən keşiş oldu
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Deja Vü" filminin ulduzu, amerikalı aktyor Denzel Vaşinqton rəsmən keşiş olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Page Six" nəşri yazır.
Bildirilir ki, 69 yaşlı Vaşinqton Nyu-Yorkdakı "Kelly Temple Church of God in Christ" kilsəsində xaç suyuna salınıb. Bundan sonra o, din xadimi lisenziyası alıb.
Xaç suyuna salınma mərasimi zamanı aktyor dindarlar qarşısında öz imanından danışıb.
Tədbirdə 46 il bir yerdə olduğu həyat yoldaşı Pauletta Vaşinqton da iştirak edib. O, əri ilə fəxr etdiyini bildirib.
Qeyd edək ki, Denzel Vaşinqton Hollivudun ən tanınmış aktyorlarından biridir. O, iki "Oskar" və bir çox digər mükafatların sahibidir. Ulduzun filmografiyasında " Philadelphia", " The Hurricane" və " The Book of Eli" kimi şedevrlərin də daxil olduğu 50-dən çox film var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Dekabr 2024 05:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















