Icma.az
close
up
RU
Honkonq güclü “Paraca” tayfununa hazırlaşır, məktəblər və müəssisələr bağlanıb

Honkonq güclü “Paraca” tayfununa hazırlaşır, məktəblər və müəssisələr bağlanıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Çərşənbə axşamı Honkonq bu il dünyanın ən güclü tropik tayfunu sayılan “Paraca”ya hazırlıq məqsədilə məktəbləri və bəzi müəssisələri bağlayıb, həmçinin əksər uçuşlar cümə axşamı səhərə qədər ləğv edilib.

AZƏRTAC xəbər verir ki, Honkonq Rəsədxanası (HKO) bildirib ki, sürəti saatda 220 kilometrə çatan qasırğalı küləklərin müşayiəti ilə hərəkət edən tayfun qonşu Çinin cənubunda yerləşən Quandon əyalətinin sahillərinə yaxınlaşır.

Honkonq hökuməti tayfunun xəbərdarlıq səviyyəsini saat 14:20-yə (06:20 GMT) qədər 8-ə (üçüncü ən yüksək) yüksəltmək niyyətindədir ki, bu da əksər biznes və nəqliyyat xidmətlərini dayandıracaq. “Reuters” agentliyi xəbər verir ki, artıq 700-ə yaxın aviareys dayandırılıb.

Rəsədxana, çərşənbə axşamı sonu və ya çərşənbə səhəri daha şiddətli xəbərdarlığın veriləcəyini müəyyən edəcəyini bildirib. Bazar ertəsi Filippinin şimalını vuran “Paraca” super tayfunu ilə əlaqədar hakimiyyət orqanları ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinə resurslarını tam hazırlıq vəziyyətinə gətirmək və bütün dövlət qurumlarını səfərbər etmək əmrini verib.

Honkonq Rəsədxanası dəniz səviyyəsinin qalxması ilə bağlı xəbərdarlıq edib. 2017-ci ildə “Hato” və 2018-ci ildə “Manqhut” tayfunları zamanı belə bir yüksək dəniz səviyyəsi milyardlarla dollar ziyana səbəb olub. Honkonqun sahilyanı ərazilərində su səviyyəsinin təxminən 2 metrədək yüksələcəyi, bəzi ərazilərdə isə 4-5 metrlik zirvələrin müşahidə olunacağı gözlənilir. Hökumət sakinləri müvafiq tədbirlər görməyə çağırıb.

Bazar ertəsi yerli hakimiyyət orqanları düzənlik ərazilərdə yaşayan sakinlərə evlərini möhkəmləndirmək üçün qum torbaları paylayıb. Supermarketlərdə uzun növbələr yaranıb, süd və ət tükənib, təzə ərzaq bazarlarında tərəvəz qiymətləri üç dəfə bahalaşıb.

Honkonq birjası açıq qalacaq. Keçən ilin sonunda o, hava şəraitindən asılı olmayaraq ticarətin davam etməsinə icazə vermək üçün siyasətini dəyişmişdi.

Çərşənbə axşamı axşamdan başlayaraq güclü yağış xəbərdarlığı edən Çin hakimiyyəti bir sıra cənub əyalətlərində daşqınlara qarşı mübarizə tədbirlərini gücləndirib.

Makao sakinləri də ağır nəticələrə hazırlaşır: məktəblər hazırda bağlıdır və təxliyə planları həyata keçirilir.

Səlahiyyətlilər Çinin texnoloji mərkəzi Şençjendə 800-dən çox müvəqqəti sığınacaq hazırlandığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri