Icma.az
close
up
RU
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz görünəcək

HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz görünəcək

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakıda HONOR 400 və "HONOR 400 Pro" smartfonlarının rəsmi satışı başladı.

Yeni seriya süni intellektlə gücləndirilmiş qabaqcıl fotoçəkiliş imkanlarını özündə birləşdirərək istifadəçilərə mobil çəkiliş və görüntüdə düzəlişlərin edilməsi sahəsində yeni imkanlar təqdim edir.

"HONOR 400 Pro" f/1.9 diafraqma genişliyi və ikili stabilizasiya (OIS və EIS) ilə təchiz olunmuş 200 MP əsas AI kamera, 50 MP telefoto kamera, 12 MP ultrageniş bucaqlı kamera və 50 MP ön kameraya sahibdir.

HONOR 400 modelində isə 200 MP əsas kamera, 12 MP ultrageniş bucaqlı və 50 MP ön kamera mövcuddur.

Hər iki model "HONOR AI Image Engine" texnologiyası ilə təchiz olunub. Bu sistem "AI Super Zoom" (400-də 30x, Pro-da 50x), "AI Portret Snap", "AI Dual-lens Bokeh" funksiyalarını və "Harcourt" ilə "Fotolent" kimi bədii rejimləri dəstəkləyir. Redaktə alətlərinə obyekt və yansıma silinməsi, AI şəkildən videoya çevirmə, görüntü genişləndirmə və keyfiyyətin artırılması (upscale) daxildir.

Hər iki smartfon 6000 mAh tutumlu batareya ilə təchiz olunub. HONOR 400 80 Vt (20 dəqiqəyə 60%), "HONOR 400 Pro" isə 100 Vt gücündə enerjiyığmanı dəstəkləyir (15 dəqiqəyə 51%, 42 dəqiqəyə 100%), əlavə olaraq 50 Vt simsiz və əks enerjiyığma funksiyalarına da malikdir.

Modellər "MagicOS 9.0" (Android 15) əməliyyat sistemi ilə çalışır və ağıllı funksiyalarla təchiz olunub: səs tanıma, tərcümə, mətn və vizual kontentlə işləmə, o cümlədən "deepfake"lərdən qorunma imkanı. "Magic Capsule" isə bildirişlərlə rahat işləməyi təmin edir.

AMOLED displeylər: HONOR 400 - 6.55 düym, "HONOR 400 Pro" - 6.7 düym, 120 Hz yenilənmə tezliyi, 2800×1280 təsvir ölçüsü, 5 000 nitə qədər parlaqlıq.

"Sunlight Display Enhancement" və "HONOR Eye Comfort" texnologiyaları uzun istifadə zamanı da göz rahatlığını təmin edir: 3 840 Hz PWM, mavi işıq filtri, "Təbii ton 2.0" və sirkadiya gecə rejimi.

HONOR 400 IP66, "HONOR 400 Pro" isə IP68 və IP69 standartlarına uyğun olaraq suya və toza qarşı qorunma sertifikatlarına malikdir. Hər iki model SGS tərəfindən 5 ulduzlu davamlılıq sertifikatı ilə təsdiqlənib. Bu, onların düşmə və zərbələrə qarşı davamlı olduğunu göstərir.

Rəng seçimləri:

HONOR 400 - Gecəyarısı Qara, Meteorit Gümüşü, Səhra Qızılı

HONOR 400 Pro - Gecəyarısı Qara, Ay Bozu

HONOR 400 seriyası artıq Azərbaycanda aşağıdakı mağazalarda satışdadır: İrşad, Kontakt Home, Soliton, Umico, World Telecom, Smart Electronics, Digital Home və Barkod.

Nağd alışda qiymətlər:

HONOR 400

8 GB + 128 GB - 899.99 AZN

12 GB + 256 GB - 999.99 AZN

12 GB + 512 GB - 1099.99 AZN

HONOR 400 Pro

12 GB + 256 GB - 1249.99 AZN

12 GB + 512 GB - 1 449.99 AZN

11-31 iyul tarixləri arasında HONOR 400 seriyasından istənilən modeli alanlara "HONOR CHOICE Watch" smart saatı hədiyyə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see215

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see178

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see171

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see142

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see136

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see123

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see114

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see113

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

12 İyul 2025 01:03see111

Pentaqon öz siyasətini kökündən dəyişir...

12 İyul 2025 00:26see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

Zəngilanda 150 dən çox sakin tibbi müayinədən keçirilib FOTO

11 İyul 2025 21:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri