Icma.az
close
up
RU
HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS ə keçirilməsi üzərində işləyirik

HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS ə keçirilməsi üzərində işləyirik

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir.

Marja.az xəbər verir ki, Forumda Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov çıxış edib. 

O, "Forum regionun bank-maliyyə sektorunda rəqəmsal transformasiya, ödəniş ekosistemi, kibertəhlükəsizlik və davamlı inkişaf istiqamətlərində fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platformadır" deyərək çıxışına bşlayıb.

"Gündəliyin məzmunu göstərir ki, tədbir həm mövcud tendensiyaların qiymətləndirilməsi, həm də qarşıdakı strateji addımların müzakirəsi baxımından xüsusi rol oynayır.

Maliyyə dünyasında baş verən sürətli transformasiya bankların fəaliyyət modelini köklü şəkildə dəyişdirir. Artıq rəqəmsal xidmətlər, süni intellekt əsaslı həllər və əhatəli kibertəhlükəsizlik çərçivələri bankçılıq sektorunun dayanıqlılığının əsas şərtinə çevrilmişdir".

Siyasət və Nəzarət

Vüsal Xəlilov qeyd edib ki. etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq bank sektorunun əsas prioritetləri olaraq qalır:

"Maliyyə xidmətlərinin sürətlə rəqəmsallaşması və yeni texnoloji həllərin geniş tətbiqi kibertəhlükəsizliyin gücləndirilməsini aktuallaşmışdır. Mərkəzi Bankın maliyyə sabitliyi mandatına uyğun olaraq əsas diqqətimiz bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən tənzimləmə çərçivələrinin təkmilləşdirilməsinə, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsinə, eləcə də rəqəmsal əməliyyatların davamlılığı və kibertəhlükəsizlik üzrə standartların yenilənməsinə yönəlib. Bu istiqamətlər həm strateji sənədlərimizdə, həm də gündəlik nəzarət və monitorinq fəaliyyətlərimizdə öz əksini tapır və sektorun bütövlükdə sabitliyinin təmin olunmasına xidmət edir. Bununla yanaşı, hazırda İT İdarəetmə, Data İdarəetməsi və Süni İntellekt İdarəetməsi çərçivələrinin hazırlanması üzrə işlər aparılır və bu istiqamətdə hazırlanan layihə sənədləri yaxın zamanda maliyyə sektoruna təqdim olunacaq. Eyni zamanda, rəqəmsal kanalların inkişafında mühüm rol oynayan məsafədən hesab açılması qaydaları üzrə işlər də davam etdirilir və müvafiq tənzimləmə çərçivəsinin hazırlanması üzrə işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur".

Texnoloji Həllər və Rəqəmlər

Mərkəzi Bankını sədr müavini bildirib ki, son illərdə ölkəmizdə rəqəmsal ödənişlərin genişlənməsi, maliyyə xidmətlərinin daha səmərəli, çevik və əlçatan olmasına şərait yaratmışdır:

"2025-ci ilin ilk 10 ayı ərzində nağdsız əməliyyatların xüsusi çəkisinin 67%-ə yüksəlməsi, ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması sektorun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir. Ani Ödənişlər Sistemi üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir. Qeyd etmək istərdim ki, hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, biz son aylarda diqqəti yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin AZQR vasitəsilə genişlənməsinə yönəltmişik. Əlavə olaraq, biz HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik. Sektorla birgə atılan addımlar nəticəsində həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə artmışdır.  

Son 6 ayda sektorun birgə fəaliyyəti nəticəsində: 

AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1.8 milyona çatmışdır, 

AZQR kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. 

Bankların 70%-ı C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər.

İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata çatmışdır.

Vüsal Xəlilov qeyd edib ki, hazırda ölkəmizdə maliyyə texnologiyaları sektoru dinamik inkişaf mərhələsindədir. 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53.1 milyard manat təşkil etmişdir. Təkcə cari ildə 5 yeni lisenziya verilmişdir ki, bu da bazarda rəqabətin və innovasiyaların artdığını göstərir.

"Açıq Bankçılıqdan Açıq Maliyyəyə keçid Mərkəzi Bankın məlumat ekosisteminin genişləndirilməsi üzrə əsas prioritetlərindəndir. Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulmuşdur. Mərkəzi Bank Açıq Maliyyə çərçivəsində Open API standartları, məlumat təhlükəsizliyi və müştəri razılığı modellərinin formalaşdırılması üzərində çalışır. Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi, rəqabətliliyin artırılması və məlumat axınlarının səmərəli idarə olunmasına xidmət edir.

Mərkəzi Bank tərəfindən yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində fəaliyyət göstərən layihələrin real mühitdə sınaqdan keçirilməsi, onların texniki və əməliyyat dayanıqlılığının qiymətləndirilməsi məqsədilə aparılan işlər davam etdirilir. Hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılmışdır. Bununla yanaşı, II qəbul dövrü üzrə daxil olmuş müraciətlərin təhlili nəticəsində bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.

İnnovativ məhsulların tənzimləmə mühitinə daha çevik və mərhələli inteqrasiyasını təmin etmək məqsədilə Xüsusi Tənzimləmə Rejiminə hazırlıq mərhələsi – “Pre-Sandbox” modelinin hazırlanması istiqamətində işlər aparılır. Həmçinin xüsusi tənzimləmə rejiminə müraciətlərin yalnız qəbul dövrləri üzrə deyil, davamlı açıq müraciət (“always open”) modeli əsasında qəbulu üçün görülən işlər yekun mərhələdədir. Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu təmin edəcəkdir",- Vüsal Xəlilov deyib.

"Hamıya məlumdur ki, kibertəhlükəsizlik bank sektorunda fəaliyyətin fasiləsizliyinin və müştəri məlumatlarının qorunmasının təmin olunması baxımından əsas fokus istiqamətlərindən biridir" deyən Vüsal Xəlilov çıxışına belə davam edib:

"Mərkəzi Bank davamlı olaraq informasiya təhlükəsizliyi standartlarının yenilənməsi, rəqəmsal əməliyyat davamlılığı üzrə tələblərin gücləndirilməsi və təhlükəsizlik risklərinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə FinCERT-in fəaliyyəti də hazırda formalaşma və inkişaf mərhələsindədir; komandanın genişlənməsi və yeni mütəxəssislərin qoşulması ilə imkanlar artır, maliyyə bazarı iştirakçıları və digər sektorial CERT-lərlə kommunikasiya kanalları mərhələli şəkildə qurulur və qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi üçün tədbirlər görülür. Bu proses kibertəhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə, informasiya mübadiləsinin səmərəli təşkilinə və mövcud kibertəhdidlərin təhlil edilərək maliyyə bazarı iştirakçılarına operativ təqdim olunmasına imkan yaradır. Təhlil nəticələrinin mübadiləsi risklərin vaxtında müəyyən olunmasına və qabaqlayıcı müdafiə tədbirlərinin planlaşdırılmasına dəstək olur. Forumun ikinci günündə kibertəhlükəsizliyə həsr olunmuş panel isə bu istiqamətin sektor üçün prioritet əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir".

Rəqəmsal Sahədə Uğur

Mərkəzi Bankın sər müavini vurğulayıb ki, bank sektorunun rəqəmsal transformasiyası insan resurslarının kompetensiya səviyyəsi ilə birbaşa əlaqəlidir. Bu baxımdan Mərkəzi Bank tərəfindən tənzimləmə və idarəetmə çərçivələrinin formalaşdırılması ilə yanaşı, sektor üzrə bilik və bacarıqların inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər və təhsil təşəbbüsləri də gənc mütəxəssislərin yetişdirilməsinə və ölkə üzrə peşəkar kadr hovuzunun formalaşmasına mühüm töhfə verməkdədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://marja.az
archiveBu xəbər 19 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri