Icma.az
close
up
RU
Hörmət qazanılır, cənab Peskov, tələb olunmur! Deputatdan SƏRT REAKSİYA

Hörmət qazanılır, cənab Peskov, tələb olunmur! Deputatdan SƏRT REAKSİYA

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Azərbaycanda yaşayan ruslarla bağlı açıqlaması təkcə qeyri-ciddilik deyil, həm də açıq şəkildə manipulyasiya cəhdidir”.

Turkustan.az-ın məlumatına görə, bunu deputat Elçin Mirzəbəyli bildirib.

Milli Məclis üzvü qeyd edib ki, bu tip ritorika nə bəşəri dəyərlərə, nə də dövlətlərarası münasibətlərə xidmət edir:

“Əksinə, gerçək reallıqları təhrif etməklə məsuliyyətdən yayınmaq üçün istifadə olunur. Lakin həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət belə davranışları artıq aydın şəkildə oxuyub qiymətləndirməyi bacarır”.

E.Mirzəbəyli xatırladıb ki, Azərbaycan dövləti və cəmiyyəti üçün Rusiyada və digər ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması prioritet məsələdir:

“Bu amil ictimai rəyin formalaşmasında və dövlət siyasətində mühüm yer tutur. Harada yaşamasından, eləcə də etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın, həmvətənimizin hüquq və azadlıqlarının təmin edilməsi bizim üçün prinsipial məsələdir. Bununla yanaşı, Rusiyadan fərqli olaraq, Azərbaycanda nə vətəndaşlara, nə də ölkəmizdə müvəqqəti məskunlaşan şəxslərə etnik və dini mənsubiyyətlərinə görə selektiv yanaşma sərgilənir. Bütün insanlar qanun qarşısında bərabərdir və onların hüquqları Konstitusiyamız, habelə beynəlxalq hüquq normaları əsasında qorunur.

Azərbaycanda ruslar da daxil olmaqla, müxtəlif etnik və dini qrupların nümayəndələri arasında cinayət törədənlər də olur. Lakin Azərbaycanın hüquq-mühafizə orqanları belə hallarda hüquqi məsuliyyəti etnik kimlik üzərindən siyasi təbliğata çevirmir. Nə nifrət ritorikası yayılır, nə də “cəzalandırma səhnələri” ilə cəmiyyətə qorxu aşılanır. Bu, hüquqi dövlət prinsipinin real və tətbiq olunan modelidir”.

Deputat bildirib ki, Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır:

“Lakin məqsəd reallığı etiraf etmək deyil, daxili auditoriyanı manipulyasiya etmək, Rusiyanın müntəzəm şəkildə istifadə etdiyi “etnik narahatlıq” kartı üzərindən ictimai dəstək qazanmaqdır.
Azərbaycanda ruslara və digər milli azlıqların nümayəndələrinə hörmətlə yanaşılır. Amma bu, nə Rusiyanın istəyi, nə də Peskovun bəyanatları ilə bağlıdır. Tolerantlıq Azərbaycan xalqının və dövlətinin fitrətidir. Biz insanlara mənsub olduqları millətə görə deyil, şəxsi keyfiyyətlərinə və davranışlarına əsasən qiymət veririk. Bizim ölkəmizdə tolerantlıq təbliğat yox, həyat tərzidir. Sadə ifadə ilə desək, Azərbaycanda ruslara və digər xalqların, etnik azlıqların nümayəndələrinə ona görə hörmət olunur ki, onlar bu ölkənin vətəndaşı, qonağı və ən əsası isə insandırlar.

Rusiyanın isə rus etnik kimliyi və rus dili üzərindən apardığı siyasət, əslində, bu xalqın xaricdəki nümayəndələrinin cəmiyyətlərə inteqrasiyasına maneə yaradır.

Rusiya rəsmilərinin “hörmət tələb etmə” ritorikası isə çox zaman onların bu anlayışın mənəvi mahiyyətini tam qavramadıqlarını göstərir. Hörmət – tələb edilən yox, qazanılan dəyərdir”.

Elçin Mirzəbəyli digər xəbərdarlığını da edib:

“Unudulmamalıdır ki, Azərbaycan xalqının yaddaşında dərin iz buraxan Azərbaycana məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması, günahsız insanların faciəli şəkildə həlak olması hələ də cavabsızdır. Bu hadisəyə görə nə rəsmi üzr istənilib, nə də bir qəpik təzminat ödənilib. Hətta məsul şəxslərin cəzalandırılması belə təmin edilməyib.

Beynəlxalq hüquq baxımından bu, həm suverenlik hüququnun, həm də insan hüquqlarının açıq şəkildə tapdanmasıdır. Bu qədər ağır nəticələri olan bir cinayətə görə üzr istəməyən ölkənin başqalarından etika və hörmət tələb etməsi riyakarlıqdan başqa bir şey deyil. Zorla, təhdid və hədə-qorxu ilə nə hörmət, nə də sevgi qazanmaq mümkündür. Hörmət qazanılır, cənab Peskov, tələb olunmur! Sizin ölkəniz uzun illərdir ki, birgə yaşadığı xalqların nümayəndələrini ümidlərlə aldadıb, sonda isə xəyal qırıqlığına uğradıb.

Dünyanın müxtəlif xalqları, o cümlədən Azərbaycan xalqı və Azərbaycanda yaşayan bütün etnik azlıqların nümayəndələri, o cümlədən ruslar baş verənlərin mahiyyətini çox gözəl anlayır, insan taleləri üzərindən qurulan bu oyunların nə məqsəd güddüyünü və nəyə xidmət etdiyini yaxşı bilirlər. Və artıq bu oyunlardan beziblər”.

Millət vəkili daha sonra vurğulayıb:

“Rusiya artıq əsrlərdir ki, Qafqazda və daha geniş coğrafiyada xalqları bir-birinə qarşı qaldırmaq, etnik separatizmi alovlandırmaq, daxili qarşıdurmalar yaratmaqla bölgədəki xalqların dinc, qarşılıqlı hörmət və rifah içində yaşamasına imkan vermir. Separatizm Moskvanın tarixi və geosiyasi strategiyalarında alətə çevrilib, suveren dövlətlərin daxili işlərinə müdaxilə vasitəsi kimi sistemli şəkildə tətbiq olunub. Bu siyasət nəticəsində təkcə Azərbaycan deyil, digər qonşu ölkələr də itkilərə məruz qalıb, bölgədə uzunmüddətli qarşıdurmalar və humanitar fəlakətlər baş verib.

Belə bir tarixə və geosiyasi davranışa sahib olan dövlətin bu gün tolerantlıqdan, multikulturalizmdən danışması siyasi və mənəvi ziddiyyətlərin bariz nümunəsidir”./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri