Icma.az
close
up
RU
Hörmət və nüfuz artıq yetərli deyil Məscidlərdə vəzifələrə diplom şərtdir

Hörmət və nüfuz artıq yetərli deyil Məscidlərdə vəzifələrə diplom şərtdir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub. Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib. Müsahibədə iştirak üçün müraciətin qaydası məlumatda qeyd edilir. 

İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında bildirdi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna görə dini təhsili olmayanların məscidlərdə, dini ibadət yerlərində dini ayinlər icra etmək hüququ yoxdur, belə şəxslər dini ibadət məkanlarına vəzifəyə təyin edilə bilməz:

- Əvvəllər din xadmlərinin vəzifəyə təyinatına fərqli rakursdan yanaşılırdı. Qazfqaz Müsəlmanları İdarəsi bu məsələdə təkcə dini biliklərin elmi səviyyədə mənimsənilməsinə deyil, işin mənəvi tərəfinə də önəm verirdi. Hansısa bölgədə, ərazidə məscidin imamı, axundu əhali tərəfindən hörmət bəslənilən, nüfuzlu şəxs kimi qəbul edilirdisə, həmin şəxsin imanı, təqvası, camaatla ünsiyyəti nəzərə alınaraq vəzifəyə təyin edilirdi. Dini biliklərlə yanaşı, həm də şəxsin nüfuzu da nəzərə alınırdı.  İmtahan götürülürdü və vəzifəyə təyin edilirdi. Yəni, din xadimləri, elmi institutlarda, hansısa dini hövzələrdə təhsil almamış olsalar da, dini bilikləri vardısa və kütlə onu qəbul edirdisə, QMİ məsələyə bu yöndən yanaşıb həmin şəxsi imam, axund təyin edirdi. Amma qanunda məlum dəyişiklikdən sonra dini biliyə malik axundlar, rəsmi qaydada diplomları yoxdursa, vəzifəyə təyin edilə bilməzlər. Bu iş dini komitəyə həvalə edilib və komitə tərəfindən qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Dini ibadət yerlərində vəzifəyə təyin olunmaq istəyən şəxsin dini savadını təsdiq edən diplomunun olması şərtdir. Hər hansı insan yüksək dini biliyə sahibdirsə, amma bunu təsdiq edən sənədi - diplomu yoxdursa, müsahibədə iştirak üçün müraciət edə biməz, vəzifəyə də təyin edilməyəcək. 

H.A.İsmayılov qeyd etdi ki, namizədlərlə keçirilən müahibədə dini biliklər yanaşı, dünyəvi məsələlərlə bağlı da suallar verilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri