Icma.az
close
up
RU
Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 iyun, AZƏRTAC

İran və ABŞ arasında müvəqqəti sülh müqaviləsinin imzalamasından sonra Hörmüz boğazından neft daşınmalarının bərpa olunması fonunda Çinə satılan İran xam neftinə tətbiq edilən endirimlərin miqdarı artıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, treyderlərin və brokerlərin iyul ayında çatdırılacaq İran yüngül xam neftinin spot qiymətini “Brent” markalı neftin qiyməti ilə müqayisədə bir barel üçün 2,5-5 dollar arasında endirimlə təklif etdikləri bildirilir. Sülh razılaşması imzalanmadan əvvəl tətbiq edilən endirim təxminən 1 dollar idi.

Son günlərdə İranın Çabahar limanından ümumilikdə 20 milyon barel neft daşıyan ən azı 11 tankerin yola düşdüyü bildirilir. İran, həmçinin müvəqqəti razılaşma çərçivəsində ABŞ-nin dəniz blokadasının ləğv edilməsi səbəbindən təxminən 6 həftəlik fasilədən sonra əsas ixrac terminalı olan Xark adasında yükləmələri bərpa edib.

“Kpler”ə görə, təxminən 121 milyon barel İran nefti hələ də Körfəzdə və ətrafında tankerlərdə gözləyir. Həmin həcmlər sülh müqaviləsindən əvvəlki həftə ilə müqayisədə 5 faiz artıb. Bunun təxminən dörddəbiri Çin sahillərində və ya Sinqapur boğazında gözləyir.

İran neftinin təxminən 90 faizi Çinə ixrac olunur. Lakin daşınmalar tez-tez Malayziya mənşəli kimi yenidən etiketləndiyi üçün Çinin kağız üzərində 2022-ci ildən bəri İran xam neftini almadığı görünür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri