Hörmüz bizimdir, icazəsiz keçən gəmilər batırılacaq İrandan hədə
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hörmüz boğazı İranın mülkiyyətindədir, buradan icazəsiz keçən gəmilər batırılacaq”.
Redaktor.az xəbər verir ki, bunu İran ali rəhbərinin Xuzistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Nəbi Musəvifərd deyib.
“Hörmüz boğazının sahibi İrandır, hansısa gəmi icazəsiz və müəyyən qaydalara əməl etmədən bu su yolundan keçərsə, Fars (Bəsrə) körfəzinin dərinliklərində batırılacaq”, - o bildirib.
Musəvifərd İranın Ali rəhbəri Müctəba Xameneinin ABŞ ilə aparılan danışıqlarla bağlı açıqlamasından sitat gətirib: “Əslində, mən başqa fikirdə idim, amma buna icazə verdim”.
O əlavə edib ki, Xameneinin əmrlərinə qeyd-şərtsiz tabe olmaq İranın əsas prinsiplərindən biridir və buna qəti şəkildə əməl edilməlidir.
Baxış sayı:97
Bu xəbər 03 İyul 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















