Icma.az
close
up
RU
Hörmüz boğazı hamı üçün bağlı deyil

Hörmüz boğazı hamı üçün bağlı deyil

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Hörmüz boğazının bağlı qalması Türkiyənin dövlət büdcəsinə ciddi zərbə vurur. Əgər neftin qiyməti 125 dollar olarsa büdcədən əlavə 25 milyard dollar ayrılmalıdır ki, bu da Türkiyə iqtisadiyyatına çox ciddi zərbə vuracaq.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla çıxış edən Türkiyənin energetika naziri Alparslan Bayraktar nəzərə çatdırıb ki, böhranın davam etməsi yalnız Türkiyənin deyil, bütün Avropanın iqtisadi gələcəyini şübhə altına alır.

Körfəzdən açıq dənizə çıxmaq üçün yeganə yol olan Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatında böyük problemlərə səbəb olub.

Qərbin analitik mərkəzləri baş verənlərin təsadüfi xarakter daşımadığını qeyd edərək nəzərə çatdırırlar ki, bu vəziyyətdən qazanan şirkətlər var ki, onlar da müxtəlif Qərb dövlətlərinin siyasi elitalarına yaxınlığı ilə seçilir. Analitiklərin bu qərara gəlməsinə səbəb onun hamı üçün bağlı olmamasındadır.

Ötən gün Yaponiyanın “Idemitsu Kosan” neftayırma zavoduna məxsus olan və 2 milyon barel tutumu olan tanker heç bir maneə olmadan Səudiyyə Ərəbistanından neft dolduraraq boğazdan keçib. Tankerin keçməsinə həm İran, həm də ABŞ tərəfi icazə verib.

Hörmüz boğazının bağlanması nəticəsində Körfəz ölkələrinin (İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn) neft ixracı gündəlik 12,32 milyon bareldən 7,83 milyon barelə düşüb. Regional münaqişə nəticəsində Körfəz ölkələrinin neft gəlirlərində 15,27 milyard dollara qədər itki proqnozlaşdırılır. Boğazda qalan gəmilərdəki neft və mayeləşdirilmiş təbii qazın (LNG) dəyəri ən azı 10,7 milyard dollardır. İqtisadi dövriyyədən çıxan neft və qaz bazara çıxarılmadığı təqdirdə kəsir yaranır ki, bu da təbii olaraq qiymətlərin artımı ilə müşahidə edilir. Paradoksal vəziyyət isə ondan ibarətdir ki, boğazın bağlı qalmasından ən çox əziyyət çəkən elə münaqişə tərəfləridir.

İranda yaranan benzin qıtlığı artıq son həddə çatıb. Ölkədə cəmi 12 günlük benzin ehtiyatı qalır. Əlavə istehsal isə ABŞ zavodları bombaladığı üçün dayanıb. Eyni problemi ABŞ də yaşayır və istehlak mallarının qiymətlərin hər gün artması böyük narazılıq yaradıb. İş o yerə çatıb ki, Prezident Donald Trampa qarşı sui-qəsdə cəhd edilib. Bütün bunlara baxmayaraq tərəflər bir addım da olsun geriyə çəkilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri