Icma.az
close
up
RU
Hörmüz boğazı kimlərin üzünə açıqdır?

Hörmüz boğazı kimlərin üzünə açıqdır?

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Çin gəmisindən sonra Yaponiya tankeri də üzü Şərqə doğru yol aldı

Aprelin 13-dən başlayaraq Hörmüz boğazı ətrafında davam edən gərginlik artmaqdadır. Qeyd edək ki, aprelin 12-də İslamabadda keçirilən danışıqlar zamanı tərəflərin ortaq mövqeyə gəlməməsi boğazda blokada vəziyyətini reallaşdırdı - ABŞ İranın Hörmüz boğazını bağlaması və gəmilərin keçidindən rüsum tələb etməsi qarşılığında bölgədə blokada elan edib. 20 günə yaxındır davam edən blokadanı isə yaran bəzi gəmilər tapılır.

Kimlər keçə bilər...

Qeyd edək ki, münaqişənin ilk günlərində rəsmi Tehran İranın dost hesab etdiyi ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verdiyini açıqlamışdı. Bildirilmişdi ki, xüsusən də Rusiya, Çin, İraq, Hindistan və Pakistan bu boğazdan istifadə edə bilər. İranın Beynəlxalq Dəniz Təşkilatındakı nümayəndəsi Əli Musavi bildirmişdi ki, İran Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün Beynəlxalq Dəniz Təşkilatı ilə işləməyə hazırdır. O vurğulamışdı ki, Hörmüz boğazı “İranın düşmənləri” ilə əlaqəli gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır -  yeganə şərt boğazdan keçidin yalnız Tehranla təhlükəsizlik tədbirlərinin koordinasiyası ilə mümkün olmasıdır.

İran prezidenti Məsud Pezeşkian da Hörmüz boğazıının İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıq olduğunu bəyan etmişdi.

Yaponiya rüsumsuz keçdi - Tokio nə demək istəyir?

Bu arada Yaponiyanın “Idemitsu Maru” tankeri Hürmüz boğazından keçib. İran mediası “Idemitsu Kosan” şirkətinə məxsus tankerin İranın yardımı ilə Hürmüz boğazından keçdiyini yazıb. Təxminən 2 milyon barel neft daşıyan nəhəng gəmi fevralın sonundan bəri Səudiyyə Ərəbistanı sahillərində gözləmə mövqeyində idi və bölgədəki gərginlik səbəbindən hərəkəti məhdudlaşmışdı. Qərb mediası isə gəminin rüsum ödəyərək boğazdakı hərəkətini davam etdirdiyini bildirib.

Bunun qarşılığında Yaponiya hökuməti gəminin keçməsi üçün İrana hər hansı ödəniş etməsi barədə yayılan məlumatları təkzib edib. “Nikkei” qəzetinin məlumatına görə, rəsmi Tokio gəminin təhlükəsiz keçidini təmin etmək üçün Tehranla hər hansı maliyyə sövdələşməsinə girməyib. Tokiodakı yüksək rütbəli rəsmilərdən biri qeyd edib ki, gəminin boğazdan sərbəst keçidi hər hansı rüsum və ya xüsusi ödənişin nəticəsi deyil, birbaşa hökumətlərarası diplomatik təmasların və aparılan danışıqların bəhrəsidir.

Bir sıra siyasi şəhrçilər Yaponiyaya məxsus gəminin boğazdan sərbəst keçidini və hökumətin məhz bu mövqedən açıqlama yaymasını bir sıra məqamlarla izah edir. Bildirilir ki, Yaponiya bununla həm də heç bir vəziyyətdə İrana qarşı hərbi əməliyyatlara qoşulmayacağını bəyan edir. Başqa sözlə, Tokio yeni koalisiyada iştirak etməyəcəyini bu şəkildə bildirir. Xatırladaq ki, ABŞ-ın boğazda formalaşdırdığı blokada dövründə Vaşinqtonun sanksiya siyahısında olan Çinə məxsus “Rich Starry” tankeri də Hörmüz boğazından keçib. Bununla bağlı “CNN” telekanalı “Marine Traffic” xidmətinin məlumatlarına istinadən xəbər yaymışdı. Bildirilmişdi ki, gəmi metanol daşıyır və onun təyinat məntəqəsi kimi Çin göstərilib. Qeyd edək ki, Çin körfəz bölgəsində hərbi-dəniz mövcudluğunu gücləndirəcəyini və öz ticarət gəmilərini müşayiət edəcəyini açıqlamışdı - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Li Jian vurğulamiışdı ki, Pekin Hörmüz boğazı üzərindən daşımaları davam etdirəcək və İranla bağlanmış enerji müqavilələrini yerinə yetirməkdə qərarlıdır.

İran xahiş edir...

Yayılan məlumatlara görə, qarşılıqlı blokada nəticəsində boğazdan gəmi tranziti 95 faiz azalıb. ABŞ Prezidenti Donald Tramp isə aprelin 28-də Truth Social media platformasında İranın Hörmüzü  açmaları üçün ondan xahiş etdiyini yazıb. Tramp bildirib ki, İran ona “çöküş vəziyyətində” olduğunu deyib. “Onlar ölkə rəhbərliyi ilə vəziyyəti həll etməyə çalışarkən (və əminəm ki, edəcəklər!), bizdən Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər”.

Reuters agentliyinin məlumatına görə, Amerika liderinin paylaşımında mesajın hansı kanallar vasitəsilə alındığı göstərilməyib. Xatırladaq ki, Tehran son dəfə ABŞ-a üçmərhələli təklif təqdim etmişdi. Birinci mərhələ ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etməyəcəyinə dair zəmanətləri özündə ehtiva edirdi. İkinci mərhələ isə Hörmüz boğazını İran ticarət gəmiləri üçün açmaq idi. Bu, həmçinin İranın boğaz üzərində nəzarəti saxladığı müddətdə boğazın gələcəyini müəyyən etmək məqsədi daşıyırdı. Yalnız bundan sonra Tehran uzunmüddətli nüvə proqramı da daxil olmaqla digər məsələləri müzakirə etməyə hazır olacağını bildirmişdi.

“Tramp boğazı”...

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki qeyri-adi paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb. Amerika lideri özünə məxsus “Truth Social” platformasında yeni coğrafi obyektin, “Tramp boğazı”nın əks olunduğu xəritəni paylaşıb. Təqdim olunan görüntüdə Fars və Oman körfəzlərinin xəritəsi yer alıb və burada tankerlərin məhz “Tramp boğazı”ndan keçərək hərəkət etdiyi göstərilib. Beləliklə, ABŞ lideri qlobal neft tədarükünün mühüm hissəsinin daşındığı dünyanın ən strateji dəniz dəhlizlərindən birini ironik formada yeni adla adlandırıb. Qeyd edək ki, paylaşım aprelin 30-u axşam saatlarında paylaşılıb. 

Aİ də Hörmüzlə bağlı şərtlərini irəli sürdü

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İranla mümkün sülh sazişinin əldə olunması üçün Avropa İttifaqının (Aİ) əsas şərtlərini bəyan edib. Sülh şərtlərinin mühüm bəndlərindən biri kimi Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin tam təmin olunması və hər hansı rüsum ödənilmədən sərbəst hərəkətin bərpası tələbi irəli sürülüb. Fon der Leyen “təhlükəsizlik bölünməzdir” prinsipini xatırladaraq, Hörmüz boğazında bir ticarət gəmisinə yönəlmiş təhdidin birbaşa Avropadakı sənaye müəssisələrinə təhdid olduğunu bildirib.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri