Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA ları məhv edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ qüvvələri Hörmüz boğazında İranın buraxdığı bir neçə pilotsuz uçuş aparatını məhv edib.
!"Al Hadath" xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan keçən üçüncü ticarət gəmisini hədəfə alıb.
Hücum zamanı buraxılan bir neçə PUA ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib.
"Reuters" agentliyinin məlumatına görə, hücuma məruz qalan gəmilərdən biri Qətərin "Nakilat" şirkətinə məxsus "Al Rekayyat" mayeləşdirilmiş təbii qaz tankeridir. Gəminin sol hissəsinə zərbə dəyib və mühərrik bölməsində yanğın başlayıb.
Mənbələrin bildirdiyinə görə, ekipaj üzvləri təxliyə olunub və onların vəziyyəti qənaətbəxşdir. Lakin yanğının davam etməsi səbəbindən tankerdə partlayış riski qalır. Güclü tüstü və alov digər zədələrin həcmini müəyyən etməyə imkan vermir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 07 İyul 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















