Hörmüz boğazında gərginlik: ABŞ nin təyyarədaşıyan gəmisi Oman körfəzinə daxil olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 14 aprel, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində 14 hərbi gəmi yerləşdirib və onlardan Hörmüz boğazının blokadası üçün istifadə edilə bilər.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun məlumatına görə, regionda doqquz raket esminesi, bir sahil döyüş gəmisi, üç böyük desant gəmisi və “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi yerləşdirilib.
BBC telekanalı Avropa peyk görüntülərinə istinadla bildirib ki, təyyarədaşıyan gəmi və iki raket esminesi Oman körfəzinə daxil olub və Hörmüz boğazının şərqində yerləşib. Bu, İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ilk dəfə olaraq Amerika təyyarədaşıyan gəmisinin körfəzə girdiyi ən yaxın məsafədir.
Mərkəzi Komandanlığın (CENTCOM) məlumatına görə, Hörmüz boğazının blokadasının aprelin 13-də başlaması planlaşdırılırdı. Komandanlıq bildirib ki, Amerika qüvvələri boğaz vasitəsilə İrandan kənar limanlara və əksinə hərəkət edən tankerlərin naviqasiya sərbəstliyinə mane olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Aprel 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















