Hörmüz boğazında gizli əməliyyat ABŞ kimlərə kömək edir?
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ hərbçiləri naviqasiya məhdudiyyətlərinin davam etməsinə baxmayaraq, Hörmüz boğazından keçən kommersiya gəmilərinə gizli dəstək göstərir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, vəziyyətə nəzarət etmək üçün Oman ərazisindən havaya qaldırılan helikopterlərdən istifadə olunur. Onlar akvatoriyanı müşahidə edir və dronlar da daxil olmaqla, potensial təhdidləri aşkar etmək imkanına malikdirlər.
Qəzetin iddiasına görə, artıq onlarla ticarət gəmisi bu cür kömək alıb. Eyni zamanda, gəmi heyətləri xüsusi ehtiyat tədbirlərinə riayət etməli olurlar: hərəkət aşağı sürətlə həyata keçirilir, standart naviqasiya vasitələri və transponderlər isə söndürülür.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Brayan Klark "The Telegraph"a bildirib ki, Amerika hərbçiləri gündə təxminən dörd kommersiya gəmisinin boğazdan keçməsinə kömək edir. Onun sözlərinə görə, mövcud sxem ABŞ Prezidenti Donald Trampın əvvəllər elan etdiyi və gözlənilən nəticəni verməyən "Azadlıq Layihəsi"ndən fərqlənir.
Klark qeyd edib ki, yeni taktika Amerika qüvvələri üçün riskləri azaltmağa imkan verir, çünki hərbi gəmilərin bilavasitə təhdidlə mülki gəmi arasında yerləşdirilməsini tələb etmir.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirir ki, Amerika hərbçiləri ticarət gəmilərini birbaşa müşayiət etmir. CENTCOM vurğulayır ki, onların rolu gəmi heyətləri ilə əlaqə saxlamaq və boğaz rayonunda hərəkətlərin koordinasiyasını təmin etməkdən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















