Icma.az
close
up
RU
Hörmüz boğazında neft axını dayanır: 700 dən çox tanker gözləmədə

Hörmüz boğazında neft axını dayanır: 700 dən çox tanker gözləmədə

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Hörmüz boğazı üzərindən neft daşınması kəskin şəkildə azalıb.

AZXEBER.COM xəbər verir ki, təhlükəsizlik risklərinin ən yüksək səviyyəyə çatması nəticəsində boğazdan keçid faktiki olaraq dayanıb və hər iki istiqamətdə yüzlərlə tanker toplanıb.

Fars körfəzini Ərəbistan dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına bağlayan strateji keçid olan Hörmüz boğazı qlobal enerji təchizatında mühüm rol oynayır. Dünyada gündəlik istehlak olunan neftin təxminən 20 faizi – yəni 20 milyon barelə yaxın hissəsi – məhz bu marşrutdan daşınır. Xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt və İranın ixrac etdiyi xam neft və neft məhsullarının böyük hissəsi bu dəhlizdən keçir. Yüklərin əsas alıcıları isə Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi Asiya ölkələridir.

Real vaxt məlumat analitik şirkəti Kpler-in təhlilinə əsasən, 27 fevralda boğazdan 21 milyon barel xam neft və neft məhsulu daşıyan 15 tanker keçib. 28 fevralda isə bu rəqəm 21,6 milyon barel yük daşıyan 18 gəmiyə yüksəlib.

Lakin 1 mart tarixində vəziyyət kəskin dəyişib. Həmin gün boğazdan cəmi 3 tanker keçib və ümumilikdə 2,8 milyon barel neft və neft məhsulu daşınıb. Bu göstərici ilin orta gündəlik həcmi olan 19,8 milyon barellə müqayisədə təxminən 86 faiz azalma deməkdir.

Hazırda Hörmüz boğazının hər iki tərəfində 706 qeyri-İran tankeri gözləmə mövqeyindədir. Onlardan 334-ü xam neft tankeri, 109-u çirkli neft məhsulları, 263-ü isə təmiz neft məhsulları daşıyır. Gəmilər Yaxın Şərq körfəzi, Oman körfəzi və Ərəbistan dənizində müxtəlif nöqtələrdə toplanıb.

Mütəxəssislər bildirirlər ki, körfəz daxilində yüklənmə davam etsə belə, boğazdan şərq istiqamətinə keçidlərin azalması və gözləmə müddətinin uzanması qlobal təchizat zəncirində gecikmələrə və nəqliyyat xərclərinin artmasına səbəb ola bilər. Bu isə dünya bazarlarında enerji qiymətlərinə əlavə təzyiq yarada bilər.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:445
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Mart 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri