Hörmüz boğazında vurulan gəmiyə görə Seul və Tehran danışıqlar aparır
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Koreya və İran Hörmüz boğazında Cənubi Koreyanın idarəçiliyində olan gəmi ilə bağlı baş vermiş son insidentlə əlaqədar "sıx və ciddi məsləhətləşmələri" davam etdirir.
Xalqcebhesi.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Respublikası Xarici İşlər Nazirliyindən bildirilib və təhqiqat başa çatdıqdan sonra "zəruri tədbirlərin" görüləcəyi vəd edilib.
Hökumətin daha əvvəl apardığı araşdırmanın nəticələrinə görə, "HMM Namu" gəmisi iki naməlum uçan obyektin zərbəsi nəticəsində zədələnib, bu isə göyərtədə partlayış və yanğına səbəb olub. Hazırda obyektlərin xarakterini və mümkün məsuliyyət daşıyan tərəfləri müəyyən etmək üçün qalıqların analizi davam etdirilir.
XİN sözçüsü Pak İl brifinqdə bəyan edib ki, Seul İran tərəfi ilə "çox sıx və ciddi müzakirələr aparır" və ehtiyac yaranarsa, diplomatik təmasları davam etdirəcək.
O vurğulayıb ki, regionda naviqasiya təhlükəsizliyinin və azadlığının təmin edilməsi prioritet məsələdir və bu istiqamətdə aktiv diplomatik işlər görülür.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 May 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















