Hörmüz boğazından 11 mindən çox dənizçi təxliyə ediləcək
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında qalmış 11 mindən çox dənizçinin təxliyə planının icrasına başlayır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Domingesin IMO-nun saytındakı bəyanatında bildirilib.
Onun sözlərinə görə, genişmiqyaslı təxliyə əməliyyatı İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dəniz sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək. pizza sifarişi
O qeyd edib ki, artıq zəruri təhlükəsizlik zəmanətləri alınıb və bu, əməliyyatın icrasına başlamağa imkan verir.
IMO-nun baş katibi vurğulayıb ki, ABŞ və İran arasında sazişin imzalanmasından sonra dəniz təhlükəsizliyinin bərpası üzrə yeni mərhələ başlayır. Onun sözlərinə görə, sənəd mülki gəmiçiliyə hücumların dayandırılması və regionda vəziyyətin sabitləşməsi istiqamətində həlledici addım olub./Report
Baxış sayı:167
Bu xəbər 23 İyun 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















