Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ağır zərbə vurur Ərdoğan
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıdır.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.
O Hörmüz boğazının faktiki olaraq bağlandığını deyib:
"Hörmüz sadəcə adi keçid nöqtəsi deyil, dünyadakı neftin təxminən 20 faizinin və təbii qazın çox mühüm hissəsinin daşındığı əhəmiyyətli bir marşrutdur. Məsələ yalnız enerji ilə məhdudlaşmır. Petrokimya məhsulları, gübrələr, dərman xammalları və yarımkeçirici istehsalında istifadə olunan helium kimi bir çox strateji məhsul da bu boğazdan keçir.
Yəni Hörmüzün bağlanması təkcə bir sektora deyil, enerjidən kənd təsərrüfatına, sənayedən texnologiyaya qədər bütün sahələrdə qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 06 Aprel 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















