Icma.az
close
up
RU
Hörmüz böhranı davam edir Gəmilər boğazdan gizli keçir

Hörmüz böhranı davam edir Gəmilər boğazdan gizli keçir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran və ABŞ arasında son gərginləşmə dalğası fonunda yük gəmiləri Hörmüz boğazından transponderləri södürərək və mövqeləri ilə bağlı öncədən məlmat vermədən keçməyə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" "Kpler" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Analitiklərin fikrincə, 12 iyulda boğazdan heç bir gəmi açıq şəkildə keçməyib. Lakin altı ticarət gəmisi Hörmüz boğazından transponderləri söndürülmüş halda keçib. Yük gəmilərinin sahibləri bu addımı ABŞ və İran arasında yeni gərginlik dalğası, eləcə də marşrutlara kimin nəzarət etdiyi və təhlükəsizliyini təmin etdiyi ilə bağlı qeyri-müəyyənlik fonunda atıblar.

Gəmilər sonuncu dəfə iyul ayının 7-də ABŞ tərəfindən təyin olunmuş cənub dəhlizindən keçməklə Hörmüz boğazında görünüb. İyulun 10-da isə bir neçə gəmi İran tərəfindən təyin olunmuş şimal marşrutundan keçib.

Xatırladaq ki, ABŞ və İsrail cari ilin 28 fevral tarixində İranla müharibəyə başlayıblar. Hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xamenei və digərləri həlak olublar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzaladılar. Daha sonra memorandumun həyata keçirilməsi üçün Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində ABŞ-İran danışıqları keçirildi. Birinci raunddan sonra Qətər və Pakistanın yaydığı birgə bəyanatda qeyd edildiyi kimi, İran və ABŞ nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçdi və gələcək texniki məsləhətləşmələr üçün təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edildi.

Lakin 8 iyul gecəsi ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyul 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri