Icma.az
close
up
RU
Hörmüz böhranı qlobal iqtisadiyyatı silkələyir: Neft və enerji şoku dərinləşir

Hörmüz böhranı qlobal iqtisadiyyatı silkələyir: Neft və enerji şoku dərinləşir

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

28 fevralda başlayan ABŞ-İsrail müharibəsi qlobal iqtisadiyyatda xeyli stress yaradıb. İran Hörmüz boğazından mal və neft axınını dayandırdığı üçün ölkələrin bir çoxu enerji şoku ilə üzləşib. İran müharibə zamanı xeyli canlı itki verib, hərbi və mülki obyektləri dağıdılıb, bir çox Körfəz ölkəsi də mülki müəssisələrinə, enerji və digər iqtisadi infrastrukturlara hücumlara məruz qalıb.

7 aprel 2026-cı il tarixində atəşkəs və sonrakı sülh danışıqları Fars körfəzində davamlı sülhə ümidlər yaratdı. Atəşkəsin əsas təşəbbüskarlarından biri Çin idi. Ancaq ABŞ Çini rəqib hesab etdiyindən, Pekinin rəsmi vasitəçilik və ya yardımçı roluna razılaşmadı. Hindistan ABŞ ilə yaxşı münasibətlərə malik olsa da, iki ölkə arasında ticarətdə xeyli gərginlik olub. Son bir ildə Tramp administrasiyasının bəzi yüksək vəzifəli şəxsləri Hindistana qarşı istifadə edilən sərt ritorika münasibətlərə mənfi təsir edib. Buna görə də, Hindistanın hazırkı İran müharibəsində birinci seçim vasitəçisi olması ehtimalı az idi. Halbuki, Hörmüz boğazındakı gərgin vəziyyət Çinlə yanaşı Hindistanın da iqtisadi maraqlarına mənfi təsir edir. Doğrudur, Hindistan tankerləri Hörmüz boğazından keçidə görə İrana rüsum ödəməyiblər. Bu barədə İranın Yeni Dehlidəki səfirinin açıqlaması var. Ancaq ABŞ Hörmüz boğazını mühasirədə saxlamaqda davam edərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. ABŞ buna imkan verməyəcək. Bu arada, Hindistan bayrağı altında üzən 15 gəmi gəmi Fars körfəzində ilişib qalıb. Hindistanın xam neft və sıxılmış qazının təxminən yarısı isə Hörmüz boğazından keçir.

Pakistan hökuməti ABŞ və İran nümayəndələrinin növbəti görüşünü də İslamabadda keçirmək istəyir. Ancaq bunun üçün Tehran Hörmüz boğazına nəzarət etməyəcəyinə dair Vaşinqtona mesaj göndərməlidir. İran bu nəzarətdən imtina etməlidir ki, ABŞ da boğazdan çıxan gəminlərin yoxlanılmasına son qoysun. Əgər İslamabadda ikinci görüş və danışıqlar da uğursuz nəticələnərsə, bu müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq. Bütün hallarda İslabamaddakı son danışıqlar gözlənilən nəticəni verməsə də, sülh prosesini irəlilətməyə ehtiyac var. Avropa İttifaqı da vəziyyətin sabitləşməsini səbirsizliklə gözləyir. Çünki Hörmüz boğazı ətrafındakı gərginlik Avropa ölkələrinin iqtisadiyyatlarına da mənfi təsir edir. Hörmüz boğazı ətrafındakı gərginlik Körfəz ölkələrinin enerji resurslarını alternativ yollarla dünya bazarlarına daşınmasına vadar edəcək. Misal üçün Körfəz ölkələri boru xətlərinin tikintisi barədə düşünə bilərlər. Ancaq bu xətlərin tikintisinə uzun illər sərf olunacağından müharibədən əvvəlki gəlirlər əldə edə bilməyəcəklər.

Azərbaycan nümunəsi göstərir ki, neft və qaz resurslarının dünya bazarlarına çatdırılmasında şaxələndirilmə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan 1994-cü ildə “əsrin müqaviləsini” imzaladıqdan qısa müddət sonra neftin dünya bazarlarına daşınması məqsədilə 3 boru xəttinə malik idi. Birində problem yarananda, digər xətdən istifadə etmək mümkündür. İran və Körfəz ölkələri neftin bazarlara alternativ çatdırılma xətlərinə malik deyillər.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Aprel 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri