Icma.az
close
up
RU
Hörmüz İrana verilir? Körfəz ölkələri TARİXİ güzəştə gedir

Hörmüz İrana verilir? Körfəz ölkələri TARİXİ güzəştə gedir

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fars körfəzi ölkələri Hörmüz boğazında İranın faktiki nəzarətini qəbul etməyə hazırlaşır. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin yazdığına görə, region dövlətləri Tehranın boğazdan keçən gəmilərə nəzarət etməsini nəzərdə tutan mümkün razılaşmadan narazı olsalar da, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsini və bunun enerji infrastrukturuna ağır zərbə vurmasını daha böyük təhlükə hesab edirlər. Fars körfəzi ölkələri üçün əsas dilemma da məhz budur: Tehranın Hörmüz üzərində təsirinin rəsmiləşməsi ilə barışmaq, yoxsa ABŞ və İran arasında qarşıdurmanın yenidən alovlanması riskini gözə almaq. Region dövlətləri ikinci variantın neft və qaz ixracına, limanlara və ümumilikdə enerji infrastrukturuna daha ağır nəticələr gətirə biləcəyindən ehtiyat edirlər.

Digər tərəfdən, mümkün razılaşmanın İranın raket proqramı və Tehranın regionda dəstəklədiyi silahlı qruplaşmalar məsələsini əhatə etməyəcəyi də gündəmdədir. Yəni söhbət İranın regional hərbi-siyasi fəaliyyətinin bütün istiqamətlərini tənzimləyən geniş sazişdən deyil, ilk növbədə Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlmiş mexanizmdən gedir.
Hörmüz boğazında Tehranın daimi nəzarətinin qəbul edilməsi ABŞ-İran qarşıdurmasında yeni reallıq yaradacaqmı?

Politoloq Rəhman Bayramov Musavat.com-a deyib ki, əgər belə bir razılaşma əldə olunarsa, bu, təkcə İranla körfəz ölkələri arasında gəmiçilik məsələsinin həlli olmayacaq: “Söhbət dünyanın ən mühüm enerji marşrutlarından birinin üzərində Tehranın siyasi və strateji təsirinin rəsmiləşdirilməsindən gedəcək. Hörmüz boğazı dünya enerji təhlükəsizliyi baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır. Buna görə də Fars körfəzi ölkələrinin İranın nəzarət imkanlarını qəbul etməsi ilk növbədə təhlükəsizlik və iqtisadi sabitlik naminə verilmiş güzəşt kimi görünür. Onlar üçün ABŞ-İran qarşıdurmasının yenidən hərbi münaqişəyə çevrilməsi və nəticədə neft-qaz infrastrukturlarının, limanların və enerji ixracının təhlükə altına düşməsi daha böyük təhlükədir”.

Onun sözlərinə görə, burada əsas sual başqadır: “Körfəz ölkələri müharibədən qaçmaq üçün bu gün İranın mövqeyini qəbul etməklə sabah Tehrana daha böyük siyasi rıçaq vermiş olmayacaqlar? Çünki Hörmüz boğazına nəzarət sadəcə coğrafi üstünlük deyil, bu, enerji bazarlarına, neft ixracına və dünya iqtisadiyyatına təsir etmək imkanına malik olmaq deməkdir. Tehran yaxşı bilir ki, dünya enerji bazarının mühüm hissəsi bu dar su yolundan asılıdır. Buna görə də Hörmüz üzərində hər hansı əlavə nəzarət imkanının əldə edilməsi İranın həm ABŞ-la, həm də region ölkələri ilə danışıqlarda mövqeyini gücləndirə bilər. Hesab edirəm ki, Fars körfəzi ölkələrinin qarşısında çox çətin seçim dayanır. Bir tərəfdə İranın boğaz üzərində təsirinin artması var, digər tərəfdə isə ABŞ-İran qarşıdurmasının yenidən genişmiqyaslı müharibəyə çevrilməsi təhlükəsi. Körfəz ölkələri üçün ikinci variantın iqtisadi qiyməti olduqca ağır ola bilər”.

Ekspert onu da söyləyib ki, burada Oman xüsusi rol oynayır: “Oman uzun illərdir İranla Qərb arasında müəyyən vasitəçilik missiyasını həyata keçirən ölkə kimi çıxış edir. Hörmüz boğazının hər iki sahilində İran və Oman ərazilərinin yerləşməsi də Maskatı bu məsələdə xüsusi mövqeyə çıxarır. Əgər İran və Oman arasında gəmiçiliyin təhlükəsizliyini təmin edən mexanizm yaradılarsa, bu, gərginliyin azaldılması baxımından mühüm addım ola bilər. Lakin məsələ bununla bitmir. Çünki Hörmüz boğazında razılaşmanın əldə olunması İranın raket proqramı, regional silahlı qruplaşmalara dəstəyi və ABŞ-la digər ziddiyyətlərini avtomatik şəkildə həll etmir. Yəni burada söhbət İran-Qərb münasibətlərində böyük barışıqdan deyil, konkret bir böhranın idarə olunmasından gedir. Fikrimcə, İran üçün əsas məqsəd yalnız Hörmüz boğazına nəzarət etmək deyil. Tehran bu coğrafi üstünlüyü siyasi kapitala çevirmək istəyir. Əgər region ölkələri İranın Hörmüz üzərində xüsusi rolunu faktiki olaraq qəbul edərsə, bu, Tehranın Yaxın Şərqdə danışıqlar mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Avqust 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri