Hörmüzdə gəmilərə atəş açılsa, ABŞ cavab zərbələri endirəcək Tramp
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya hər hansı digər qurğu və yaxud silahla atəş açdığı hər dəfə, Birləşmiş Ştatlar Tehranın paytaxtında və ya onun yaxınlığında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!”, - deyə Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 İyul 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















