Hörmüzdəki gərginlik Bakı Limanına necə təsir edir? RƏSMİ CAVAB
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaxın Şərqdə və cənub dəniz marşrutlarında yaşanan münaqişələr Bakı Limanının fəaliyyətinə də təsirsiz ötüşmür.
Bunu Modern.az-ın sualını cavablandırarkən Bakı Limanının direktoru Eldar Salahov bildirib .
"Əlbəttə ki, regionda baş verən geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanının fəaliyyətinə təsir göstərir. Nəzərdə tutulmayan yük axınları meydana gələ bilər. Bu gün həmin yüklərin və ümumiyyətlə, Orta Dəhliz üzrə artan yük həcminin qarşılanması məqsədilə Bakı Limanı tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir",- deyə o bildirib.
E.Salahov qeyd edib ki, artan yük axınını vaxtında və səmərəli idarə etmək üçün texniki bazanın gücləndirilməsi davam etdirilir:
"Yeni yükaşırma avadanlıqlarının, lokomotivlərin, kranların, konteyner və çəngəlli yükləyicilərin alınması istiqamətində işlər sürətlə aparılır. Lakin biz anlayırıq ki, məsələ yalnız texniki imkanların artırılması ilə bitmir. Eyni zamanda əməliyyat səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmə və rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılır. Bakı Limanı bu cür artan yük axınlarını qəbul etməyə tam hazırdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 09 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















