“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb” Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ hərbçiləri son bir neçə ay ərzində Hörmüz boğazı vasitəsilə 1 milyard barreldən çox xam neftin təhlükəsiz daşınmasını təmin ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandiri, admiral Bred Kuperin “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirilib.
Admiral böyük əməliyyatın yekunlarını açıqlayıb:
“Təsirli nəticələr əldə edilib... Son bir neçə ay ərzində CENTCOM qüvvələri Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 1 milyard barreldən çox xam neftin təhlükəsiz çıxarılmasını təmin edib. Bu marşrut üzrə keçid zamanı 2 000-dən çox ticarət gəmisinin uğurlu müşayiəti və mühafizəsi həyata keçirilib. Hörmüz boğazındakı əsas gəmiçilik yolları minalardan tam təmizlənib, dəniz blokadası dövründə isə İran neftinin ixracının qarşısı tamamilə alınıb”.
“Bu müddət ərzində İrandan neft ixracı cəmi sıfır barel təşkil edib. Biz vəziyyətə ayıq-sayıq yanaşırıq və Hörmüz boğazı vasitəsilə daşımaların həcmini artırmaq məqsədilə ABŞ-nin müxtəlif qurumlarındakı həmkarlarımızla, Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasındakı (CCASG) tərəfdaşlarımızla, eləcə də sığorta və gəmiçilik şirkətləri ilə işimizə tam fokuslanmışıq”, – deyə o, söyləyib.
Update from CENTCOM Commander: pic.twitter.com/PTX6n9fn56
— U.S. Central Command (@CENTCOM) September 19, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Sentyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















