Icma.az
close
up
RU
Hörmüzdən yan keçməklə neftin nəqli üçün alternativ yollar axtarılır

Hörmüzdən yan keçməklə neftin nəqli üçün alternativ yollar axtarılır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin İranın limanlarını yenidən mühasirəyə alaraq gəmiləri buraxmaması və neft ixracının qarşısını alması dünya bazarında neft qiymətlərini artmasına səbəb olur. Son həftə ərzində neftin qiyməti tədricən artır ki, bunun da səbəbi yenə də Körfəzdəki hərbi vəziyyətlə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları daha da genişləndirib. Nazirliyin açıqlamasında bildirilir ki, yeni sanksiyalara 50 nəfər fiziki şəxsin adı, 24 şirkət və 20 gəmi daxil edilib. Bu şəxs və şirkətlər neft ticarəti və nəqli ilə məşğuldurlar ki, onların da fəaliyyətinin məhdudlaşdırılması İranın neft ixracına mənfi təsir göstərəcək. ABŞ-nin bu tədbirlərindən sonra dünya bazarında neft qiymətləri daha da artıb. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 85,14 dollar, “Light” neftinin qiyməti isə 79,53 dollara satılır. Dünənki ticarətdən fərqli olaraq bu gün qiymətlər ümumilikdə 1,7 faiz artıb. Hətta Rusiyanın birjadan kənar satılan “Urals” markalı neftinin də bir barelinin qiyməti 55 dollardan 61 dollara yüksəlib.

Azərbaycanın “Azeri Light” markalı nefti az kükürdlü olduğu üçün həmişə baha satılıb. Budəfəki qiymət artımından sonra isə onun 1 barelinin qiyməti 86,51 dollar yüksəlib. Dünya bazarında yanacağın qiymətinin artması bütün istehlak mallarının qiymətinə təsir etdiyi üçün böyük dövlətlər, xüsusi ilə də ABŞ çıxış yolları axtarır.

“Bloomberg” yazır ki, ABŞ Hörmüz boğazında problemli olduğu üçün İraqda hasil olunan nefti Kərkük-Bəniyəs neft kəməri ilə Suriya limanlarına, oradan isə dünya bazarına çatdırmağı düşünür. ABŞ-nin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak bu məsələni hər iki dövlətin rəsmi şəxsləri ilə müzakirə edib. Danışıqlarda ABŞ-nin “Chevron” neft şirkətinin nümayəndəsi də iştirak edib. Lakin məsələ ondan ibarətdir ki, Kərkük-Bəniyəs neft boru kəməri 1952-ci ildə istismara buraxılıb və 1980-ci ildə başlanan İran-İraq müharibəsi zamanı fəaliyyəti dayanıb. 20 il fəaliyyətsiz qalan bu kəmər 2000-ci ildə bərpa edilib və İraq Hörmüz boğazı ilə yanaşı, Kərkük-Bəniyəs kəməri ilə Suriya limanlarına, oradan isə dünya bazarına neft ixrac edirdi. Lakin Suriyada vətəndaş müharibəsi və ABŞ-nin İraqda keçirdiyi hərbi əməliyyatlar zamanı kəmər ciddi zədələr alıb. Kəməri bərpa edib Hörmüzdən yan keçməklə dünya bazarına neft çıxarmaq olar. Lakin bu kəmərin imkanları böyük deyil və kəməri bərpa edəcək şirkət ondan daha çox istifadə etmək hüququ əldə edəcək ki, bu da qiymətlərin aşağı düşməsinə ciddi təsir göstərməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri