Hörmüzün cənub marşrutu açıqdır Rəsmi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birləşmiş Dəniz Məlumat Mərkəzi (Joint Maritime Information Center – JMIC) Hörmüz boğazının cənub marşrutunun gəmilərin hərəkəti üçün əlçatan olaraq qaldığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə təşkilatın X hesabında yayımladığı bəyanatda bildirilib.
Mərkəz eyni zamanda regionda təhlükə səviyyəsinin yüksək olduğunu qeyd edib. Açıqlamada İranın iyulun 12-də Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatına baxmayaraq, cənub marşrutunun fəaliyyətini davam etdirdiyi və ikitərəfli gəmi hərəkətini təmin etmək məqsədilə genişləndirildiyi vurğulanıb.
"Dənizçilər hərbi-dəniz qüvvələri tərəfindən VHF rabitəsi vasitəsilə edilən çağırışlara hazır olmalı və ənənəvi hərəkətin bölüşdürülməsi sistemində mina təhlükəsi zonasını nəzərə almalıdırlar", –məlumatda qeyd olunub.
JMIC bildirib ki, dənizçilərə NCAGS (Dəniz Ticarət Gəmilərinin Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilməsi sistemi) ilə əlaqəni saxlamaq tövsiyə olunur. Bununla belə, gəmilər cənub marşrutu ilə əlavə koordinasiya olmadan sərbəst şəkildə hərəkət edə bilərlər.
Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ABŞ Hörmüz boğazı ilə bağlı məsələlərə müdaxilə cəhdlərini dayandırmayana qədər gəmilərin keçidinə icazə verilməyəcəyi barədə xəbərdarlıq etmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 12 İyul 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















