Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcəklər
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmi keçidinin təmin edilməsi üçün Omanla birgə çalışacaqlarını açıqlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra o Fransa və Oman iqtisadiyyat, elm, mədəniyyət və sənaye sahələrində bir sıra əməkdaşlıq sazişlərini imzaladığını bildirib.
Fransa lideri əlavə edib ki, Hörmüz boğazında təhlükəsiz keçidi təmin etmək məqsədilə boğazın minalardan təmizlənməsi istiqamətində Oman və digər tərəfdaşlarla birgə fəaliyyət göstəriləcək.
Tərəflər həmçinin nəqliyyat, enerji, müdafiə, kosmos və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Yaxın Şərqdə regional sabitlik məsələlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 29 İyun 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















