Icma.az
close
up
RU
Hörümçək yağışları: Hörümçəklər bəzən niyə yağış kimi yağır?

Hörümçək yağışları: Hörümçəklər bəzən niyə yağış kimi yağır?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hörümçəklərlə qarşılaşmağı gözlədiyimiz bəzi yerlər var: Evin qaranlıq küncü, istifadə edilməyən otağın tavanı və ya təbiətdə tənha bir mağara... Amma göydən hörümçək yağdığını görmək çox insanın ağlına belə gəlməz. Oysa ki, bu səhnə vaxtaşırı həqiqətən baş verir. Üstəlik, bu təkcə bir əfsanə və ya şəhər əfsanəsi deyil.

News24.az HİT.az-a istinadən xəbər verir ki, müxtəlif coğrafiyalarda, məsələn Avstraliyadan Braziliyaya qədər bir çox ölkədə dövrdövrdə "hörümçək yağışları" müşahidə edilib. Bəziləri buna "mələk saçı" adını verir. Lakin bu sirli görüntünün arxasında təbiətin fövqəladə, amma məntiqli bir davranış qaydası durur: Havada uçmaq.

Havada uçmaq bəzi hörümçək növlərinin yaşamaq və yeni yaşayış sahələri tapmaq üçün istifadə etdiyi bir hərəkət üsuludur. Adətən cavan və ya kiçik hörümçəklər yaşadıqları ərazilərdəki yüksək nöqtələrə dırmaşır və buradan arxalarında qoyduqları ipəyəbənzər tor ipləri ilə özlərini küləyə buraxırlar.

Bu iplər havada bir növ tərs paraşüt effekti yaradır və hörümçəklər yerə düşmək əvəzinə yuxarıya doğru daşınır. Küləyin və ya atmosferdəki elektrik sahələrinin təsiri ilə havaya qalxan bu canlılar bəzən kilometrlərlə uzağa səyahət edə bilirlər. Hətta hava demək olar ki, sakit olanda belə havaya qalxmaqları mümkün olur.

Bu səyahət nə qədər zərif görünsə də, son dərəcə risklidir. Yolda qarşılaşa biləcəkləri ovçu heyvanlar, dəyişkən hava şəraiti və uyğun olmayan eniş nöqtələri çoxlu hörümçək üçün təhlükə deməkdir. Yenə də bu davranış, növlərinin yaşaya bilməsi üçün təkamülən inkişaf etmiş effektiv bir strategiyadır.

Əslində havada uçmaq çox geniş yayılmış bir davranışdır. Amma hörümçəklər adətən fərdi və ya kiçik qruplar halında hərəkət etdiyindən fərq edilmədən keçib gedirlər. Lakin bəzi dövrlərdə hava şəraiti çoxlu hörümçəyi eyni vaxtda hərəkətə keçməyə təşviq edə bilir. Məhz bu toplu qalxmalar zamanı, göydə süzülən minlərlə incə ip və hörümçək birlikdə görüləndə, ortaya "yağış kimi yağan hörümçəklər" görüntüsü çıxır.

Bu səhnələr ilk anda narahat edici ola bilər. Amma arxasında duran mexanizm təbiətin mürəkkəb, amma nizamlı işləyişinə dair əhəmiyyətli ipuçları daşıyır.

Aparılan tədqiqatlar göstərir ki, hörümçəklər təkcə küləkdən deyil, atmosferdəki elektrik dəyişikliklərindən də istifadə edirlər. 2018-ci ildə aparılan bir araşdırmada, elektrik sahələrinin də bu hərəkəti asanlaşdırdığı müəyyən edildi. Yəni hörümçəklər sanki görünməz qüvvələrlə daşınaraq göydə yol ala bilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri