Icma.az
close
up
RU
Hotellər booking ə qarşı: Narazılıq pik həddə çatıb

Hotellər booking ə qarşı: Narazılıq pik həddə çatıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropanın minlərlə hoteli ilə "booking.com" onlayn platforması arasında narazılıq pik həddə çatıb. Hotellər "Booking" şirkətinin siyasətinin azad rəqabət prinsiplərini pozduğunu iddia edirlər, platformaya qarşı məhkəməyə qədər gedib çıxan təzminat davası açıblar. Hotellər şirkətin "ən yaxşı qiymət" müddəasının qanunsuz olduğunu vurğulayır, 2004-2024-cü illərdə dəymiş zərərə görə təzminatın ödənilməsinin təmin olunmasını tələb edirlər.

Qeyd edək ki, 2023-cü ildə "Booking Holdings" şirkətinin Avropadakı bazar payı 71 faiz olub, birbaşa rezervasiyaların payı isə son illərdə əhəmiyyətli dərəcədə azalıb.

Azərbaycandakı hotel və turizm şirkətlərinin də bu platforma ilə birbaşa işlədiyini nəzərə alsaq, onda yaranan problemin bizim turizm sektoru üçün də önəmli olduğu anlaşılar. Bəs bizim turizm sektorunda məsələyə münasibət necədir?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Ciddi və güclü mövqe

Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının müəllimi Ceyhun Aşurov "booking.com"un son dövrlərdə ciddi şəkildə bazar payına malik olduğunu bildirir: "Hətta deyərdim ki, Azərbaycanda da digər onlayn portallarla müqayisədə "booking.com"un payı çoxdur və rezervasiyalar bu platforma üzərindən daha çox gəlir. Bu o demək deyil ki, insanlar Azərbaycana sadəcə bu platforma üzərindən gəlirlər. Digər platformalar müqayisədə daha zəifdirlər. Platformanın bazarda mövqeyi gücləndikcə komissiya faizini artırır, şərtləri diktə edir. Hotellərin narazılığı da bu diktədəndir". C.Aşurov bildirir ki, platforma əslində "ən yaxşı qiymət" siyasəti tələbi ilə öz mövqelərini bazarda daha da möhkəmləndirib: "Çünki bu şirkətdə peşəkar idarəetmə sistemi var və məsələlərə operativ müdaxilə edirlər. "Booking.com" bir çox hotellərdə hətta öz saytlarından heç də yuxarı qiymətlər təqdim etmir, üstəlik öz sadiq müştərilərinə əlavə bonuslar verir".

Turizmçi platformanın komissiya haqqının az olmadığı fikri ilə razıdır: "Şirkətin ortalama komissiyası 20 faiz təşkil edir. Bu da az rəqəm deyil. Məsələn, 100 manata satılan bir otağın 20 manatı birbaşa olaraq "booking.com"a ödənilmiş olur. Bu paya malik olan platforma o qədər güclüdür ki, hətta hotelləri özündən asılı vəziyyətə sala bilir. Daha yüksək reytinqli müştərilər "booking.com" vasitəsilə "Genius" proqramları ilə ciddi endirimlər, bəzən pulsuz bonuslar formasında xidmətlər alırlar. Bu da müştəri sədaqətini artırmış olur. Onlar da şirkət olaraq hotellərdən ən yaxşı qiymət vermələrini istəyirlər ki, satışları daha yaxşı olsun. Amma heç bir halda buna hotelləri məcbur etmirlər. Sadəcə, bazar tələbi ilə hotellər "booking"ə yaxşı komissiya və qiymət verməyi öz üzərlərinə götürürlər ki, satışları bu platformadan daha çox olsun". Ekspertin fikrincə, platforma hansısa qaydaları pozmur: "Əksinə, bazarda ciddi rəqabət yaradır, hotellərin üzərinə standartlar qoyur. Müştəriyə daha diqqətlə yanaşmasını tələb edir. Hesab etmirəm ki, Azərbaycandan olan hotellər bu məhkəməyə qoşulsun və "booking"ə qarşı belə addımlar atsınlar". Turizmçi hesab edir ki, bazarda bir şirkətin ciddi və güclü mövqeyə malik olması və digər şirkətlərin onun kölgəsində qalması nəticə olaraq, rəqabət mühitini müəyyən qədər poza bilər: "Yaxşı olardı ki, digər şirkətlər də bazarda fəaliyyət göstərsin. Biz özümüz də turizmçi olaraq çalışırıq ki, paralel digər portalları da çeşidləndirək. Çünki bazarın bütünlüklə "booking.com" platformasından ciddi şəkildə asılı olması hotellər üçün müəyyən risk daşımış ola bilər".

Rəsmi nümayəndəliyi yoxdur

Turizmçi Əfsun Əhmədovun sözlərinə görə, ölkəmizdə "booking.com"la bağlı vəziyyət elə də ürəkaçan deyil: "Platforma Azərbaycanda vergi ödəmir və rəsmi nümayəndəliyi yoxdur. Əfsuslar olsun ki, bu tələblərlə bağlı aidiyyəti qurumlar tərəfindən hələlik heç bir ciddi addım atılmayıb. Bu, həm dövlətə, həm də sahibkarlara mənfi təsir edir. Hotellər öz saytında və ya yerli platformada endirim edə bilmir. Çünki "booking.com" müqavilə şərtlərinə əsasən eyni və ya daha yüksək qiymət tətbiq edilməsini tələb edir".

Hotellər bir araya gəlsələr

"Azərbaycanda da bir çox hotel və qonaq evi "booking.com"a qoşulub, çünki xarici turistlərin böyük hissəsi məhz bu platforma vasitəsilə bron edir", - deyə turizmçi Aytac Nəzirli bildirir: "Komissiya faizləri bizdə də eynidir - təxminən 15-25%. Lakin bizdə Avropadakı kimi güclü və birgə çıxış edən hotel birlikləri olmadığı üçün kollektiv müqavimət azdır. Kiçik hotellər bəzən komissiyadan qaçmaq üçün birbaşa bron - "WhatsApp", telefon və ya öz saytlarından endirimli təklif edirlər. Amma "booking" bunu aşkar etsə, onların profilini məhdudlaşdıra bilər. Turizm şirkətləri adətən "booking.com"dan birbaşa istifadə etmirlər. Onlar hotellərlə B2B müqavilə bağlayır, topdan qiymətlər alır və öz paketlərini formalaşdırırlar. Bu, onlara həm komissiya yükündən xilas olmağa, həm də daha çevik qiymət siyasəti aparmağa imkan verir". A.Nəzərlinin fikrincə, Azərbaycanda hotellərin bir araya gəlib güclü bir Hotel Assosiasiyası yaratmasına ehtiyac var: "Belə olduqda, "booking" və digər platformalarla daha ədalətli şərtlərlə danışıqlar aparmaq mümkün olar. İkincisi, hotellər öz rəsmi saytlarını, SEO və sosial media kanallarını gücləndirərək birbaşa satış payını artırmalıdır. Avropadakı məhkəmə proseslərinin nəticəsi də bizə təsir göstərə bilər. Əgər "vahid qiymət siyasəti" Avropada qadağan olunsa, "booking" bu şərti Azərbaycandan da götürməyə məcbur qala bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Avqust 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri