Hotellərin müştəriləri azalıb, amma gəlirlər artıb
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda qeydə alınıb.
Sonrakı yerlərdə isə Qusar (9,6 faiz), Naftalan (5,6 faiz), Quba və Qəbələ (hər biri 3,5 faiz), Lənkəran (2,8 faiz) qərarlaşıb. Digər şəhər və rayonların payı isə 8,8 faiz təşkil edib.
Hesabat dövründə hotellərin gəlirləri də artıb. Belə ki, mehmanxana sektorunun gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olub. Gəlirlərin 58,2 faizi otaqların təqdim olunması, 27,3 faizi ictimai iaşə xidmətləri, 3,8 faizi müalicə və sağlamlıq xidmətləri, 10,7 faizi isə digər xidmətlər hesabına formalaşıb.
Eyni zamanda, hotellərdə doluluq səviyyəsi azalıb. Birdəfəlik tutumdan istifadə səviyyəsi 18,1 faiz təşkil edib. Ən yüksək göstərici Qusarda (40,4 faiz) və Naftalanda (39,9 faiz) qeydə alınıb. Bakı üzrə bu göstərici 26,9 faiz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 Aprel 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















