Hovasapyandan atmaca:Bəşər Əsəd bığını qırxdı, ölkəni poliqon etdi, sonra da uçdu
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Erməni ictimai xadim Armen Hovasapyan Facebook sosial şəbəkə hesabında Ermənistanın baş naziri Nikol Paşinyana atmaca atıb.
O, 1 milyona yaxın insanın qətlə yetirildiyi, 12 milyon insanın köç etmək məcburiyyətində qaldığı, bir çox şəhərin xarabalığa çevrildiyi Suriyanı qoyub qaçan Bəşər Əsədə aid paylaşım edib:" Yadınızdadırsa, İlk dövrdə Əsədin də bığları var idi. Əsəd də bığını, saçını qırxdırmışdı.
Ölkəni poliqon etdi, torpağı zibilxanaya döndərdi, Suriyanı tamamilə məhv etdi, sonda da təhvil verdi və uçdu”.
Xatırladaq ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan uzun illərdir ona yoldaşlıq edən saqqalını qırxaraq, bu anı öz Facebook səhifəsində paylaşmışdı. Paşinyan videonu "Salam, ağ saqqal", - yazaraq şərh etmişdi. Çox güman ki, Armen Hovasapyan bu detala görə həmin paylaşımı edib. Mesaj belədir: Paşinyan ölkəni Əliyevə verib qaçacaq".
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















