Hövsan Limanında yük dövriyyəsi artırılır Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Prezidentinin 23 noyabr 2023-cü il tarixli Sərancamına əsasən “Fəaliyyət Planının” icrası məqsədi ilə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin dəniz akvatoriyasında və quru ərazisində müvafiq işlər aparılır.
“Qafqazinfo” xəbər verir ki, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların icrası üçün limanın rəhbərliyi tərəfindən Şimal-cənub, Şərq-qərb (Orta koridor) və əks istiqamət üzrə yüklərin daşınmasında logistik şirkətlərlə müvafiq danışıqlar aparılır.
Limana gətirilən idxal, ixrac və tranzit yüklərin operativ daşınmasını və saxlanılmasını təşkil etmək məqsədilə limanda sahəsi 3880 kv metr olan müasir tipli qapalı anbar inşa olunaraq iş adamlarının istifadəsinə verilib.
Həmçinin 60 vaqonun saxlanılması və manevr hərəkəti üçün 3 yeni dəmir yolunun inşası yekunlaşdırılaraq, Hövsan d/y stansiyasının əsas dəmiryol xəttinə birləşdirilməsi işləri aparılır.
Hövsan Limanına Ro-Ro tipli gəmilərin yan alma körpülərinin inşası üçün limanın dəniz akvatoriyasının infrastrukturunda müvafiq işlər görülür.
Eyni zamanda, Çindən gələn konteynerlərin sayının artmasını nəzərə alaraq ərazidə əlavə olaraq, ayda 5000 ədəd konteynerin saxlanılması üçün yeni Konteyner Terminalı inşa olunur.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















