Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 12 may, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
Baxış sayı:136
Bu xəbər 12 May 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















