Hövsanda müəlliməni öldürən əri həbs edildi
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.
Belə ki, V. Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə ilə istintaq orqanın vəsaətinə məhkəmə baxıb.
Məhkəmənin qərarına əsasən, V. Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
Onu da qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Mart 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















