Hövsanda su kanalı daşır, evlərin ətrafında antisanitariya hökm sürür ŞİKAYƏT
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Hövsan bağları" adlanan ərazidə narahatlıq artmaqdadır.
Oxu.Az XəzərTV-yə istinadən məlumat verir ki, Samur-Abşeron kanalının bəzi hissələri təmizlənmir, antisanitariya hökm sürür. Nəticədə isə kanal daşır, evlərin ətrafını su basır.
Hövsan sakini iddia edir ki, kanalın bəzi hissələri təmizlənsə də, onların evinə yaxın ərazi təmizlənməyib. Xüsusən də yağış yağan kimi kanalın daşaraq ətrafı basdığı iddia olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara xəbər verildiyi, lakin tədbir görülmədiyi deyilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müvafiq sukanal idarəsinin əməkdaşları ərazidə olublar, vəziyyətin səbəblərinə aydınlıq gətirilib.
Ətraflı süjetdə:
Hövsanda su kanalı daşır, evlərin ətrafında antisanitariya hökm sürür - ŞİKAYƏT
Baxış sayı:118
Bu xəbər 19 May 2025 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















