Hövsanda “VAZ”la toqquşan “Mitsubishi” marketə çırpıldı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 23-də səhər saatlarında Məktəb küçəsində qeydə alınıb. Hərəkətdə olan 40-BV-386 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil, 10-EU-949 dövlət nömrə nişanlı “VAZ-2115” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Zərbənin təsirindən idarəetmədən çıxan avtomobillər yol kənarındakı səkiyə çıxıb, “Mitsubishi” isə yaxınlıqdakı “Buta” marketin giriş qapısına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə, eləcə də marketin giriş hissəsinə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:Hövsanda “Changan”la toqquşan “Ford” daha sonra dirəyə çırpıldı VİDEO
30 Aprel 2026 19:08
Gəncədə “Mitsubishi” qarşıdan gələn “VAZ”la toqquşdu ANBAAN VİDEO
25 Noyabr 2026 17:50
“VAZ”la toqquşan “Chevrolet”in təkəri qopdu, ardınca dirəyə çırpıldı VİDEO
02 Dekabr 2024 12:58
Hövsanda “Hyundai” sərnişin avtobusuna çırpıldı VİDEO
20 Avqust 2025 17:50
Qarlı yolda sürüşən “Mitsubishi” dirəyə çırpıldı VİDEO
12 Fevral 2026 17:10
Baxış sayı:160
Bu xəbər 25 May 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















