HövsanSuraxanı yolunda qəza: “Hyundai” “Qazel”ə çırpıldı ANBAAN VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hövsan-Suraxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin vidroregistratoruna anbaan düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi,
“Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan anidən sola manevr edərək Suraxanıya gedən yola dönür. Bu zaman o, qarşı tərəfdən gələn “Qazel”lə toqquşur. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəysə də, xəsarət faktı qeydə alınmayıb.
Qeyd edək ki, Yol Hərəkəti Haqqında qanunun 77-ci maddəsinin 4-cü bəndinə əsasən,“Hyundai” sürücüsü yolayrıcına daxil olmazdan öncə qarşı tərəfdən gələn nəqliyyat vasitəsini gözləməli və daha sonra hərəkət etməliydi. Qəzanın baş verməsinə digər səbəb isə “Qazel” sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi olub. Nəticədə hər iki sürücünün bir-birini görməsi məhdudlaşdığı üçün qəza qaçılmaz olur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















