Hovuzda boğulan dörd yaşlı Nərminin anası: Həmin gün iki dəfə xilas etmişdik...
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində dörd yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.
Qaynarinfo xəbər verir ki, mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.
Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı iki dəfə ölümlə üzləşib: "Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı".
A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə dörd yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib: "Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey iki dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi".
Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları "A-Frame" tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 11 İyul 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















