“Hraparak”: Paşinyan partiyadaşlarına kilsəyə təzyiqləri artırmağı tapşırıb
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Hakimiyyət kilsə daxilində bütün ermənilərin katolikosu II Qareginə qarşı koalisiya yaratmaq üzərində işləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin üzvlərinə Erməni Apostol Kolsəsinə təzyiqi artırmağı tapşırıb. Tapşırığa din xadimlərinə aid edilən dəhşətli hekayələri informasiya meydanına atmaq, əsəb savaşı aparmaq, hər gün kilsə nümayəndələrini gözdən salmaq, yeri gələndə isə insanlara qanunsuzluq və qanun pozuntusu ilə bağlı göstərişlər verməsi nəticəsində əldə edilmiş sübutları dərc etmək daxildir. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Hakimiyyət ictimaiyyətin səbrinin tükənəcəyindən və əks-effekt əldə ediləcəyindən ehtiyat edərək, ifşaları ləng şəkildə gündəmə çıxarır”, - deyə qeyd olunub.
Eyni zamanda, vurğulanıb ki, hakimiyyət kilsə daxilində müxtəlif din xadimləri vasitəsilə bütün ermənilərin katolikosu II Qareginə qarşı koalisiya yaratmaq və onun uzaqlaşdırılması üçün əlverişli şərait yaratmaq üçün çalışır. Qeyd olunub ki, bununla belə, hazırda belə din xadimləri azlıq təşkil edir və kilsədə hakimiyyət dəyişikliyi həyata keçirə bilmək üçün çoxluq təşkil edilə bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















