Icma.az
close
up
RU
“Hraparak”ın iddiası doğrudur? “İstisna deyil ki, DTX rəhbərliyi ilə görüşlər...”

“Hraparak”ın iddiası doğrudur? “İstisna deyil ki, DTX rəhbərliyi ilə görüşlər...”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri, birbaşa olaraq, Bakıda keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda iştirakla bağlıdır. Bu şəxs Bakıda məxsusi iddia olunan məsələlərin müzakirəsi üçün gəlməyib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, “Hraparak”da səsləndirilən iddialar o qədər də ciddi deyil:

“İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri, birbaşa olaraq, Bakıda keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda iştirakla bağlıdır. Bu şəxs Bakıda məxsusi iddia olunan məsələlərin müzakirəsi üçün gəlməyib. İstisna deyil ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə görüşlər keçirilə və müəyyən məsələlər müzakirə oluna bilər. Lakin mən “Hraparak”da səsləndirilən iddiaların bu qədər ciddi olduğuna inanmıram. Hələlik Azərbaycan və Ermənistan arasında bu sferada əlaqələr yox səviyyəsindədir. Hələki münasibətlərin ilkin təməli qoyulmaqdadır. Belə bir anda iddia olunan kimi ciddi məsələlərin müzakirə olunması açığı istisnadır. Ola bilsin ki, bu tipli məsələlər söhbət əsnasında səsləndirilə bilər. Amma onun ciddi müzakirə olunduğunu düşünmürəm”.  Pepperoni pizza

Politoloq vurğulayıb ki, Bakının İrəvandan tələb etdiyi olduqca əhəmiyyətli məsələ var:

“Azərbaycanın Ermənistan tərəfdən istədiyi başqa bir məsələ də var. Bu günə qədər taleyi ilə bağlı heç bir məlumatı olmayan 4 minə yaxın itkin düşmüş soydaşımızın aqibəti məsələsidir. Ermənistan tərəfi buna aydınlıq gətirməlidir. Onların arasında sağ qalanlar varsa, məlumat verilməlidir. Yoxdursa, onların məzarları yaxud nəşlərinin qalıqları qaytarılmalıdır. Yəni bu məsələyə aydınlıq gəlməlidir. Etimad mühitinin formalaşması kifayət qədər uzun zaman tələb edir. Çünki tərəflər arasında düşmənçilik uzun on illər davam edib”.

Qeyd edək ki, “Hraparak” nəşri Simonyanın Bakı səfərilə bağlı bəzi təfərrüatları öyrənib. İddialara görə, səfər zamanı A.Simonyan ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Ermənistan tərəfinin Bakıdan geri almaq istədiyi 10 nəfərin siyahısını Azərbaycan tərəfinə verib. Siyahıdakılar bunlardır: Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan. “Hraparak” yazır ki, Andranik Simonyan səfər zamanı Bakıda mühakimə olunan Qarabağ separatçılarının rəhbərləri olmuş 8 nəfərdən heç birinin azadlığa buraxılması və geri qaytarılması barədə danışmayıb. İddia olunur ki, adları çəkilən 10 nəfərin azadlığa buraxılması müqabilində Azərbaycan tərəfi də bəzi şərtlər irəli sürüb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri