Icma.az
close
up
RU
HRW: İran müxalifəti susdurmaq üçün azərbaycanlı aktivistləri hədəfə alır

HRW: İran müxalifəti susdurmaq üçün azərbaycanlı aktivistləri hədəfə alır

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"İnsan Hüquqları Müşahidəçisi‎"nə ("Human Rights Watch" - HRW) görə, Tehran vətəndaş cəmiyyətini və etnik azlıqları sıxışdırmaq məqsədilə azərbaycanlı aktivistləri əsassız ittihamlarla ağır cəzalara məhkum edib.

Qaynarinfo xəbər verir ki, təşkilatın yaydığı hesabatda İranın oktyabr ayından bəri 20-dən çox azərbaycanlı aktivisti həbs etdiyini və İran rəsmilərinin onlara ağır həbs cəzaları verərkən real sübut təqdim etmədiyini açıqlayıb.

Hesabatda azərbaycanlıların İrandakı ən böyük etnik azlıq olduğu və Bakı ilə Tehran arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bu həbslərin baş verdiyi vurğulanıb.

Tehranın İslam İnqilabı Məhkəməsi tərəfindən 10 azərbaycanlı aktivistə müxtəlif ittihamlarla 3 ildən 14 ilə qədər həbs cəzası verilib. HRW bunu "vətəndaş cəmiyyətini əzmək və etnik azlıqların fundamental haqlarını tələb etməsinin qarşısını almağa yönəlmiş təzyiq" kimi qiymətləndirir.

HRW-nin məlumatlı mənbələrə əsaslanan hesabatına görə, saxlanılan bəzi şəxslər ekoloji problemlərlə bağlı fəaliyyət göstərməkdə, İrandakı etnik qrupların vətəndaş haqlarını müdafiə etməkdə və 2022-ci il etirazları zamanı həlak olan və ya yaralanan nümayişçilərin ailələrinə yardım etməkdə ittiham olunub.

Digərləri isə "müxalif bir qrupa üzv olmaq", "dövlətə qarşı təbliğat aparmaq", "ölkəyə qarşı sui-qəsd hazırlamaq" və "dövlətə qarşı müxalif bir qrup yaratmaq" kimi ittihamlarla günahlandırılıb.

HRW-nin İran üzrə tədqiqatçısı Nahid Nəqşbəndi bildirib ki, İran rəsmiləri müxalifəti susdurmaq üçün sistematik şəkildə vətəndaş cəmiyyətini və etnik azlıqları ağır ittihamlar və uzunmüddətli həbs cəzaları ilə hədəf alır.

HRW həmçinin İran hakimiyyətinin həbs olunan şəxslərə sistematik şəkildə tibbi yardım göstərmədiyini, bəzilərinin təkadamlıq kamerada saxlanıldığını və psixoloji təzyiqlərə məruz qaldığını vurğulayıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri