HTP çərçivəsində Çində təhsil imkanı
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026–2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasında təhsil almaq istəyən namizədlər üçün sənəd qəbulu prosesinə start verilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə təhsil almaq imkanı təqdim edir.
Sənəd qəbulu 19 dekabr 2025-ci il saat 23:59 tarixinədək davam edəcək. Təqaüd proqramı üzrə yekun qəbul qərarlarının 2026-cı ilin iyul–avqust aylarında açıqlanması nəzərdə tutulur.
Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 21 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















