HTŞ liderinə nə qədər güvənirsiz? sualına ABŞ rəsmisindən maraqlı cavab
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Suriyanı kimin idarə etməsi sualı açıq olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“ABŞ-ın terror təşkilatı kimi tanıdığı üsyançı Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşması ilə hər hansı birbaşa əlaqə barədə danışmaq olmaz. Lakin biz bölgədəki həmkarlarımız ilə əlaqə saxlayırıq. Üsyançılara mesaj ötürmək baxımından bu, çox vacibdir. Biz prezidentin dediyi kimi, bütün qruplarla ünsiyyət imkanlarını araşdıracağıq”.
“HTŞ liderinə nə qədər güvənirsiz?” sualına isə Kirbi belə cavab verib:
“Söhbət sözdən deyil, hərəkətlərdən gedir. Əslində, Suriyanı kimin idarə etməsi məsələnin açıq qalması bizi narahat edir. Hazırda qeyri-müəyyənlik dövründəyik və buna görə də bütün mümkün proseslər üzərində işləyəcəyik”, – deyə Kirbi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















