Icma.az
close
up
RU
Huawei Maybach ilə müqayisə videosunda fırıldaq edib VİDEO

Huawei Maybach ilə müqayisə videosunda fırıldaq edib VİDEO

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Huawei və JAC tərəfindən hazırlanmış 5,5 metrlik lüks elektrik sedan Maestro S800 (Zunjie S800) bu ilin birinci rübündə ən çox danışılan avtomobillərdən birinə çevrilib. Huawei, olduqca cəlbedici görünən Maextro S800-ün marketinqinə rəqiblərini üstələdiyi ilə bağlı bir video yaradaraq ağıllı bir yanaşma tətbiq etmişdi. Bunlardan birində Maextro S800 Maybach-S680 ilə yan-yana sınaqdan keçirilməsi və ondan çox üstün olması ilə bağlıdır. Maextro S800-ün təsirli performans nümayiş etdirdiyi bu video təqdimat mərasimində nümayiş etdirildikdən sonra sosial mediada böyük səs-küy yaratmışdı. Bununla belə, bu video indi Huawei üçün baş ağrısına səbəb olub. Çünki, yeni ortaya çxıan məlumatlara görə Huawei Maybach ilə müqayisə videosunda Maybach-ın pis görünməsi üçün əlindən gələni edərək izləyiciləri aldadıb.
Huawei-nin ən böyük səhvlərindən biri Maybach-ı kənardan icarəyə götürməsi olub. Avtomobili icarəyə götürən Çin vətəndaşı avtomobilin son dərəcə bərbad vəziyyətdə ona qaytarılması zamanı şoka düşüb. Avtomobilin qabaq bamperi sınıb, təkərləri əyilib və təkərləri havası sönüb. Avtomobilinə nə baş verdiyini öyrənmək üçün GPS məlumatlarını yoxlayan avtomobil sahibi anlayıb ki, avtomobili əvvəlcə Pekinə gedib, oradan isə Monqolustana göndərilib. Monqolustandakı yer Huawei-nin Maextro S800-ün təqdimat videosunu çəkdiyi əraziyə tam uyğun gəlirdi. “Huawei”nin ona xəbər vermədən avtomobilini ekstremal testlərə məruz qoymasından əsəbiləşən avtomobil sahibi şikayətini əvvəlcə Huawei şirkətinə bildirsə də, heç bir nəticə əldə etməyib. Daha sonra o, video çəkərək sosial şəbəkədə paylaşaraq şikayətini ictimaiyyətə çatdırıb. Sınaq zamanı Maybach modelinin pis görünməsi üçün manipulyasiya edildiyi də bu münasibətlə məlum olub.
Maextro S800-ün təqdimat mərasimində göstərilən videoda Maybach-ın qarlı yolda təpəyə çıxa bilmədiyi, S800-ün isə problemsiz eyni təpəyə qalxdığı görülüb. Lakin zədələnmiş şəkildə çatdırılan Maybachdan alınan məlumatlar araşdırıldıqda məlum olub ki, Huawei sınaq zamanı Maybach-ın AWD (dörd təkərli) sistemini qəsdən söndürüb. Bundan əlavə, S800 qar təkərləri ilə təchiz edilsə də, Maybach sadəcə yay təkərlərinə sahib olub. Bundan əlavə, GPS məlumatları Maybachın hələ də təpənin üstündən keçdiyini və geri döndüyünü göstərir. Huawei isə videonun yalnız avtomobilin yolda ilişib qaldığı hissəsini kəsib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri